Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub

15.08.2022 12:43 537 1 dəq oxunur
ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub
Avqustun 15-də senator Ed Markinin (Massaçusets ştatı) başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub.

bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Amerikalı qanunvericilər iqtidar və müxalifətdən olan tayvanlı deputatlarla görüşlər keçiriblər.

Bundan başqa, amerikalı konqresmenlərin Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə görüşəcəyi gözlənilir. Amma bəzi məlumatlara görə, bu görüş artıq baş tutub, lakin bu barədə rəsmi məlumat verilməyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az