Sizin reklam burada 728×90
Son dəqiqə

Tayvan Bundestaq sədrini adaya çağırır

04.08.2022 19:22 504 1 dəq oxunur
Tayvan Bundestaq sədrini adaya çağırır
Tayvanın Almaniyadakı nümayəndəsi Se Çjivey materik Çinlə gərginlik fonunda Bundestaqın (Almaniya parlamenti) nümayəndə heyətini adaya səfərə dəvət edib.

bakunews.az musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə cümə axşamı “Tagesspiegel” qəzetinə müsahibəsində bildirib.

“Tayvana səyahət qadağaları aradan qalxmalıdır. Mən parlament sədri Berbel Basın başçılıq etdiyi Bundestaq nümayəndə heyətinin Tayvana gəlməsini təklif edirəm. Bu, xalqı təmsil edən və hökumətə tabe olmayan müstəqil qanunverici dövlət orqanı kimi Bundestaqa edilən çağırışdır”, - deyə tayvanlı diplomat qeyd edib.

Se Çjivey hazırkı situasiyanı 1996-cı ildən bu yana hərbi münaqişənin baş verməsi üçün ən təhlükəli vəziyyət kimi təsvir edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az