• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA-da “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub FOTOLAR

Mədəniyyət

29-12-2023, 00:47

Dekabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli başa çatmaqda olan “Heydər Əliyev İli” çərçivəsində təqdimatı keçirilən kitabın əhəmiyyətinə toxunub. O, gərgin əməyin nəticəsi olaraq ərsəyə gələn bu nəşrdə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin ikinci siyasi hakimiyyət dövrünün tam salnaməsinin əks olunduğunu vurğulayıb.

“Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, elədə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində görülmüş işlərə dair statistik məlumatları diqqətə çatdıran akademik İsa Həbibbəyli Elmlər Akademiyasında Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, elmi-publisistik nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. O, sözügedən nəşrlərin hər birinin Ulu Öndərin fəaliyyətinin önəmli məqamlarını əhatə edən akademik səviyyədə monoqrafik tədqiqatlar olmaqla əvvəlki dövrlərdə işıq üzü görmüş kitablardan fərqləndiyini bildirib.

Alim il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 46 kitab və monoqrafiyanın nəşr olunduğunu qeyd edib.

AMEA-da fundamental nəşrlərdən biri kimi “Heydər Əliyev Ensiklopediyası”nın da hazırlandığını söyləyən akademik İsa Həbibbəyli təxminən 830 maddədən ibarət ensiklopediya sözlüyünün geniş müzakirə olunduğunu və nəşrin 2024-cü ilin sonlarına kimi iki cilddə ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.

O, həmçinin Akademiyada görkəmli dövlət xadiminə həsr olunmuş 60-dan çox yerli və beynəlxalq konfransın təşkil edildiyini, eləcə də dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasının keçirildiyini xatırladıb. AMEA rəhbəri sözügedən tədbirlərdə 36 ölkədən hibrid formatda (həm onlayn, həm də canlı) olmaqla yüzlərlə xarici alimin iştirak etdiyini və onların Ümummilli Liderin həyat və fəaliyyətinin önəmli məqamları ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.

“Heydər Əliyev İli”nin ən mötəbər hadisəsi Azərbaycanın suverenliyinin tam bərpa olunmasıdır”, - deyə vurğulayan akademik İsa Həbibbəyli dahi liderin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini düşünməsi olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və bir gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu, Azərbaycan tarixində nadir hərbi-siyasi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Çıxışının sonunda AMEA prezidenti vurğulayıb ki, Prezident İlham Əliyevin 2023-cü il 7 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi də ölkəmizin yeni epoxaya qədəm qoymasının bəyannaməsidir. O, Azərbaycan alimlərinin mütəşəkkil qaydada İlham Əliyevin namizədliyini dəstəkləndiyini və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirib.

Daha sonra kitabın ideya müəllifi və tərtibçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli çıxış edərək müxbirlik fəaliyyətindən, Ulu Öndərlə bağlı görüşlərindən, səmimi söhbətlərindən danışıb. Bildirib ki, kitabın 1993-1997-ci illəri əhatə edən birinci hissəsi “Prezident. Xronika. 1993-1997” 1998-ci ildə Ulu Öndərin xeyir-duasi ilə işıq üzü görüb. Nəşrin təqdimatı 1998-ci ildə dahi liderin iştirakı ilə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında olub. 1999-cu ildə Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatdıqdan sonra Prezident Heydər Əliyev “Prezident. Xronika. 1993-1997” kitabını akademiyaya hədiyyə edib və onu “həyatının bir hissəsi barədə kitab” adlandırıb.

Aynur Bəşirli “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabını 11 il əvvəl tamamlasa da onun çapının yalnız 2023-cü ildə gerçəkləşdiyini qeyd edib. Vurğulayıb ki, bu nəşr müstəqil Azərbaycanın dövlətçilik tarixinin iki həlledici gününü bir-biri ilə bağlayan mürəkkəb, ümid, inam və zəhmət dolu 10 ilin - Ümummilli Lider Heydər Əliyevin prezidentlik xronikasıdır. O, kitaba “Ön söz”ü isə məhz 2023-cü il sentyabrın 20-də, dünyanın gözünün Azərbaycana dikildiyi gün, dövlət suverenliyimizin tam bərpa edildiyi, düşmənin ağ bayraq qaldırdığı tarixi gündə qələmə aldığını deyib.
Nəşrin tərtibçisi kitabın yaranması ilə bağlı Ulu Öndərlə olan səmimi söhbətini xatırlayıb, xronikanın AZƏRTAC-ın “Azərbaycan” qəzetində çap edilmiş materialları əsasında tərtib olunduğunu bildirib.

Kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirən Aynur Bəşirli diqqətə çatdırıb ki, nəşrin elmi redaktoru akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru isə dosent Şəhla Tahirqızıdır.

Qeyd olunub ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi və “Heydər Əliyev İlinə” həsr olunan qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Tarixçiləri İctimai Birliyinin “Xronika.1993-2003” kitab-albomunun nəşri” layihəsi çərçivəsində hazırlanaraq “GL Technical Services” MMC-nin maliyyə yardımı ilə çap olunub.

Təqdimat mərasimində akademik Yaqub Mahmudov, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Tahir Kərimov, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq fotoqrafı Rafiq Bağırov və digər çıxış edənlər Ulu Öndərin həyatının ən çətin və mübarizə dolu illərindən bəhs edən kitabı “Heydər Əliyev İli”nə ən böyük töhfə kimi dəyərləndiriblər. Qeyd edilib ki, Ümummilli Liderin müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdən, onun siyasi fəaliyyətindən bəhs edən kitab gələcək nəsillər, tədqiqatçılar üçün qiymətli salnamədir. Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısında tarixi xidmətlərindən, jurnalistlərlə görüşlərindən söz açıb, Ümummilli Liderin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.












Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

29-11-2023, 00:02

AMEA-da “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

Cəmiyyət

2-12-2023, 10:41

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisini təqdim edir FOTOLAR

Gündəm / Cəmiyyət

12-12-2023, 08:29

Heydər Əliyevin anım günüdür

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Cəmiyyət

15-05-2023, 01:56

Fəxriyyə Xələfova "Heydər Əliyev. Həyatının 100 anı" kitabının təqdimat mərasimində - FOTO

Gündəm

10-12-2022, 13:55

Ömrünü Azərbaycanım deyə fəda edən Ulu öndər Heydər Əliyev

Hərbi

3-05-2023, 23:31

Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

Gündəm / Siyasət

12-12-2023, 09:33

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

18-10-2022, 17:32

Fərid Şərifov Ulu Öndər Heydər Əliyevə Şeir Həsr Etdi.

Cəmiyyət

14-08-2023, 12:36

Düşərgə iştirakçılarına Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olundu - FOTOLAR

Cəmiyyət

29-07-2022, 13:20

Təcili iclasda nələr müzakirə olunub?

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Bu gün, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Bu gün, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Bu gün, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Bu gün, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Bu gün, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Bu gün, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Bu gün, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Bu gün, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə