Sizin reklam burada 728×90
Son dəqiqə

Bakı Ağır Cinayətlər Məhkəməsinin zalında DAVA DÜŞDÜ

13.09.2023 13:02 545 1 dəq oxunur
Bakı Ağır Cinayətlər Məhkəməsinin zalında DAVA DÜŞDÜ
Bakı Ağır Cinayətlər Məhkəməsində İlkin Rzayev və Xəyal Rəhimovun kütləvi dava zamanı öldürülmələri ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirilib.

BakuNews.az xəbər verir ki, iclas zamanı iştirak edən tərəflərdən ikisinin ailəsi arasında əlbəyaxa dava düşüb.

Qeyd edək ki, bu ilin fevralın 11-də, gecə saat 2 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə nəticəsində daha bir nəfər – Orxan Fətəliyev xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az