• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib - FOTOLAR

İqtisadiyyat

4-09-2023, 19:58

Azərbaycan və Çin arasında sənaye və yüksək texnologiyalar sahəsində investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün birgə əməkdaşlıq və sairə məsələlər müzakirə olunub.

BakuNews.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) səfər çərçivəsində bir sıra görüşlər keçirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə görüşündə diqqətə çatdırılıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Çinlə fəal əməkdaşlıq edir, Çin ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Tərəflərin məqsədi iqtisadi və ticarət əlaqələrini siyasi əlaqələrimizlə eyni səviyyəyə çatdırmaqdan ibarətdir.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanın Çinin “Bir Kəmər və Yol” Təşəbbüsünə qoşulmasında fəal mövqeyi dəniz ticarət limanlarının, magistral yolların və hava limanlarının tikintisi də daxil olmaqla infrastrukturun inkişafına əhəmiyyətli investisiyaların qoyulmasına səbəb olub. Orta Dəhlizin potensialından istifadə edən Azərbaycan Çin və Avropa arasında malların daşınmasını gücləndirir. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün nəqliyyat marşrutlarının optimallaşdırılmasına ehtiyac var. Ölkələrimizin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində (ŞƏT) tərəfdaşlığı da qarşılıqlı fayda gətirir.

Buna baxmayaraq, iki ölkə arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrlə yanaşı, SOCAR-la Çinin enerji sektorunda fəaliyyət göstərən şirkətlərin birgə fəaliyyəti üçün böyük potensial və perspektivlər mövcuddur. Həmçinin çinli investorlar beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər.

Görüşdə həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə dair fikir mübadiləsi aparıb, Azərbaycan və Çin arasında ticarət-investisiya əlaqələrinin inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər müzakirə olunub.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin imzalanması da öz növbəsində iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, ticarət əlaqələrinin inkişafına da müsbət töhfə verəcək.

Nazir müavini Linq Ci bildirib ki, Çin şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluq doğurur və Çin şirkətləri Azərbaycanın biznes və investisiya mühitini dəyərləndirərək tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Nazir müavini qeyd edib ki, 2022-ci ilin əvvəlindən etibarən Azərbaycanın onlayn ticarət evi Çinin e-ticarət landşaftının tanınmış platforması JD.com-da fəaliyyətə başlayıb. Azərbaycan məhsullarının bu platformada təmsil olunması Azərbaycan məhsullarının Çin istehlakçılarına çatmasında və daha çox tanıdılmasında əhəmiyyətli olacaqdır.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıblar.

ÇXR-in sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin ilə görüşdə Çinin aparıcı şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi qeyd edilib, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.
Azərbaycan və Çin arasında sənaye sahəsində investisiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təmin etmək üçün həyata keçirilə biləcək potensial tədbirlər barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, gəmiqayırma, bərpa olunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma, şəhər infrastrukturunun qurulması kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər davam etdirilir.

Bundan başqa, sənaye sahələrinin modernləşdirilməsinin əhəmiyyəti və Çinin bu sahədə qabaqcıl təcrübəsi nəzərə alınaraq bu sahələrdə də birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün imkanları genişdir.

Görüşdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları və digər potensial layihələr barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Çinə səfər çərçivəsində “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə də görüşüb. Görüşdə Çinin işgüzar dairələri ilə əlaqələrin genişləndiyi vurğulanıb, Azərbaycanın biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar qeyd olunub. Diqqətə çatdırılıb ki, enerji səmərəliliyi sahəsində ən mütərəqqi alətlərin tətbiqi, alternativ enerji sahəsinin inkişaf etdirilməsi iqtisadi artımın davamlılığının təmin edilməsində vacib məsələlərdəndir. Azərbaycanda bu istiqamət üzrə ixtisaslaşan müəssisələrin fəaliyyətini təmin etmək məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.

Tərəflər alternativ enerji sahəsində yeni texnologiyaların tətbiqi, müvafiq avadanlıqlarla təchizat, sıfır emissiyalı sənaye parkının yaradılması məqsədilə əməkdaşlıq qurulmasını müzakirə ediblər.

Sentyabrın 4-də Pekin şəhərində CIFTIS sərgisi çərçivəsində təşkil olunan “Summit Forum on China’s International Economic Cooperation - Going Global” tədbirində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin iqtisadi uğurları barədə məlumat verib. Bildirilib ki, qlobal iqtisadi böhran nəticəsində tədarük zəncirlərindəki çətinliklərə və digər uğursuzluqlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib. 2022-ci ildə Azərbaycanda real ÜDM-də 4,6%, qeyri-neft ÜDM-də isə təsirli 9,1% artım müşahidə olunub. 1995-ci ildən 2022-ci ilə qədər ölkəmizə 320 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da yarısından çoxu xarici investisiyalardır.

Qeyd edilib ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycanın təşəbbüsü ilə Çin və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşıb.

Nazir müavini bildirib ki, Orta Dəhliz yalnız ölkələrimiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli nəqliyyat layihəsidir. Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Qeyd edilib ki, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi önəmli infrastruktur layihələri bu qlobal təşəbbüs və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.









Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Sosial

4-09-2023, 14:18

Azərbaycan Çinlə infrastruktur layihələri üzrə qarşılıqlı fəaliyyətin təşviqini müzakirə edib

İqtisadiyyat

18-02-2023, 20:50

Rusiya ilə bir sıra iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat

12-04-2023, 23:25

Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru ilə onlayn görüş keçirilib

İqtisadiyyat

20-08-2023, 01:39

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Gündəm / İqtisadiyyat

24-12-2022, 22:54

Özbəkistanla iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

İqtisadiyyat

13-04-2023, 15:07

Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib - FOTO

İqtisadiyyat

1-09-2023, 15:05

Azərbaycan Çin ilə investisiya əməkdaşlığına dair saziş imzalayıb - FOTOLAR

Siyasət

2-08-2022, 14:50

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

İqtisadiyyat

7-09-2022, 18:23

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat

17-02-2023, 02:23

Polşa ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə