Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan şahmatçısı dünya birinciliyində bürünc medal qazanıb

27.10.2023 19:43 299 1 dəq oxunur
Azərbaycan şahmatçısı dünya birinciliyində bürünc medal qazanıb
Azərbaycan şahmatçısı Xaqan Əhməd Misirdə yeniyetmələr arasında keçirilən dünya birinciliyində bürünc medal qazanıb.

BakuNews.az-ın məlumatına görə, o, 12 yaşlıların mübarizəsində 3-cü yeri tutub.

8 xal toplayan şahmatçı fəxri kürsüyə yüksəlib. Bu yaş kateqoriyasında Vyetnam təmsilçisi Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb.
12 yaşlılar arasında Paşam Əlizadə 3-5-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə şahmatçı 5-ci olub.

8 yaşlı qızların mübarizəsində Mehriban Əhmədli yarışı 5-ci pillədə başa vurub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az