Sizin reklam burada 728×90
Son dəqiqə

UEFA reytinqi: Azərbaycanın hesabına xal əlavə olunmayıb

27.10.2023 12:09 506 1 dəq oxunur
UEFA reytinqi: Azərbaycanın hesabına xal əlavə olunmayıb
Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.

BakuNews.az-ın məlumatına görə, buna səbəb “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer”ə 1:5 hesabı ilə məğlub olmasıdır.

Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.
Baş tutan qarşılaşmalar Çexiya, Norveç, Polşa, Qazaxıstan və Farer adalarının irəliləməsinə, Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75,855) isə üçüncü pillədə qərarlaşıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az