Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanlı hakim İslamiadada final oyununu idarə edəcək

15.08.2022 12:28 545 1 dəq oxunur
Azərbaycanlı hakim İslamiadada final oyununu idarə edəcək
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov bu gün qadın voleybolçular arasında keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının final matçında Türkiyə – İran görüşündə ədaləti qoruyacaq.

bakunews.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov Türkiyənin Konya şəhərində təşkil olunacaq matçda əsas referi olacaq.

Ona kamerunlu Reqin Um kömək edəcək.

Qeyd edək ki, həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az