Sizin reklam burada 728×90
Son dəqiqə

Basketbol millimiz qələbə qazandı

13.08.2022 20:39 588 1 dəq oxunur
Basketbol millimiz qələbə qazandı
Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəylik Oyunlarına uğurlu start verdi.

5-ci İslam Həmrəylik Oyunlarında "C" qrupunda qərarlaşan millimizin ilk rəqibi Mali seçməsi olub. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız görüşə fəal başlayıb və yekunda 18-15 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığmamızın qrupdakı növbəti rəqibi Türkiyə millisi olacaq. Oyun Bakı vaxtı ilə bu axşam saat 22.00-da baş tutacaq.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az