Sizin reklam burada 728×90
Son dəqiqə

Bir yaşlı uşağını sükan arxasına oturdan bloqer saxlanılıb

16.07.2022 17:59 690 1 dəq oxunur
Bir yaşlı uşağını sükan arxasına oturdan bloqer saxlanılıb
Rusiyada bir yaşlı oğlunu avtomobilin sükanı arxasına əyləşdirən, onunla video çəkdirən və videonu sosial şəbəkələrdə yerləşdirən rusiyalı bloger Aleksandra Korşunova Yekaterinburqda yoxlanılacaq.

bakunews.az milli.az bildirir ki, bu barədə şəhər yol polisinin mətbuat xidməti xəbər verir.

"Bu fakt üzrə (Korşunovanın uşaqla avtomobil idarə edərkən videonu internetdə paylaşılması) yoxlanılacaq", - rəsmi məlumatda deyilir.

Həmçinin, Dövlət Yol Müfəttişliyi xatırladıb ki, marşrutun yerindən və uzunluğundan asılı olmayaraq, körpə uşaq oturacağında daşınmalıdır. "Uşağı diz üstə daşımaq təhlükəlidir, çünki kəskin manevr və ya qəza zamanı o, ciddi xəsarət ala bilər", - yol polisi sözçüsü dedi.

Korşunovanın bir yaşlı oğlu ilə avtomobil sürdüyü video bir gün əvvəl İnstaqram-da paylaşıldı. Videoda uşağın sükandan necə yapışdığını və idarə panelindəki düymələri necə basdığını görmək olar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az