Sizin reklam burada 728×90
Son dəqiqə

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb

03.01.2023 22:02 675 1 dəq oxunur
Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb
DİN - in Mətbuat Xidmətinin Şəki regional qrupundan ULUTV.İnfo-ya verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.

ULUTV.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az