Sizin reklam burada 728×90
Son dəqiqə

"Kim istəyər ki, arvad-uşağının yanında şortiklə gəzsinlər?!" - İsmayıllıda gərginlik

22.08.2022 14:25 626 1 dəq oxunur
"Kim istəyər ki, arvad-uşağının yanında şortiklə gəzsinlər?!" - İsmayıllıda gərginlik
Ötən gün İsmayıllı rayonunun Qalacıq kəndində yerli turistlərə təzyiq göstərilib. Belə ki, kənd sakinləri onları "şortik" geyindiklərinə görə ərazidən uzaqlaşamağa məcbur ediblər.

Məsələ ilə bağlı Qalacıq kəndinin icra nümayəndəsi Təbriz Eminov bakunews.az-ya unikal-a istinadən açıqlama verib:

"Yayılan görüntülərdə kənd sakinlərinin heç bir təqsiri yoxdur. Ora iki yaşayış məntəqəsi arasında olan yoldur. Kənd sakinləri turistlərə bildiriblər ki, həmin ərazidən qadınlar və uşaqlar keçir, gedin biraz aşağıda çimin. Kim istəyər ki, arvad-uşağının yanında kişilər qısa şortiklə gəzsin?!", - deyə o qeyd edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az