Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda DƏHŞƏT: Narkoman valideynlər körpəyə işgəncə verdilər

09.08.2022 11:55 567 1 dəq oxunur
Bakıda DƏHŞƏT: Narkoman valideynlər körpəyə işgəncə verdilər
Bakıda valideynlər uşağına işgəncə verib.

bakunews.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda yaşayan ailədə körpəyə işgəncə verildiyini görən rayon polis idarəsinin əməkdaşları məsələyə müdaxilə ediblər.

Nəticədə körpə ailədən alınıb.

Məsələ ilə bağlı danışan "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyninin narkotik aludəçisi olduğunu deyib:

"Uşağı gecə saatlarında Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşları sığınacağa gətiriblər. Təxminən körpənin 2 yaşı olar.

Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin.

Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az