Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda avtomobil piyadaları vuraraq öldürüb

08.08.2022 12:50 715 1 dəq oxunur
Bakıda avtomobil piyadaları vuraraq öldürüb
Bakıda avtomobil piyadaları vuraraq öldürüb.

Bu barədə bakunews.az-ya report-a istinadən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 6-da saat 17 radələrində Nərimanov rayonu Atatürk prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini A.Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, avqustun 7-də saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində paytaxt sakini V.Əliyev idarə etdiyi “Audi” markalı avtomobillə Şəki rayon sakini Ceyhun İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Araşdırmalar aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az