• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Arvadını qonşusu ilə yataqda tutdu - Pirşağıdakı cinayətin təfərrüatı

Hadisə

3-08-2022, 14:53

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il noyabrın 29-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin məsul növbətçisinin raportuna əsasən, saat 13:42-də DİN-in 102 xidmətinə Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasında yaşayan Tacəddin Cəfərov küçədə bir qadının huşsuz bakunews.az lent.az-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evinin qarşısında arxası üstə uzanıqlı vəziyyətdə, üzü qana bulaşmış halda Ləman Ələsgərovanın meyiti aşkar edilib. Xarici müayinə zamanı boyunda, döş qəfəsində, qarın nahiyəsində, sol əlində və sol bazusunda xəsarət izləri və sıyrıqların olması müəyyən edilib. Cinayətin aləti olan bıçaq evin həyətində tapılaraq, götürülüb.

Həmin gün 1990-cı il təvvəllüdlü Şəhriyar Ələsgərov könüllü bölməyə gələrək təslim olub. O, Sabunçu rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qərarına görə, psixotrop maddələrdən istifadə etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Sabunçu Rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ləman Ələsgərovanın meyiti üzərində 9 ədəd yara aşkar edilib. Ölümünə kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, noyabrın 29-u saat 13 radələrində rəsmi nikahda olduğu arvadı Ləman Ələsgərovanın kirayə yaşadıqları Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən evin yataq otağında tanışları Əlibala İbrahimovla mehriban söhbət etdiyini görüb, ona xəyanət etdiyinə əmin olub. Bundan hiddətlənərək qısqanclıq niyyəti ilə həyat yoldaşını öldürmək qərarına gəlib. Buna görə, ov bıçağını cibində gizlədərək, söhbət etmək bəhanəsi ilə qadını evin həyətinə çıxardıb. Bu məzmunda aralarında baş vermiş sözlü mübahisədən sonra hücum edib, onun bədən səthinə bıçaqla ardıcıl zərbələr endirib. Ləman Ələsgərova aldığı zərbələrdən ölüb.

İş üzrə dindirilmiş Şəhriyar Ələsgərov bildirib ki, Ləman Ələsgərova ilə 2013-cü ildə evlənib. Nikahdan 3 qız övladları dünyaya gəlib. Fərdi qaydada usta kimi çalışıb:

"2019-cu ildən etibarən ailədə tez-tez münaqişə baş verirdi. Arvadımın valideynləri ailə işlərimizə qarışırdı. Bir müddətdən sonra, evdə olmadığım vaxt Ləmanın yaşadığımız massivdə Könül adlı qadının yanına getdiyini qızım Zəhradan öyrəndim. Hansı səbəbə görə Könülün yanına getdiyini soruşduqda, Ləman həmin ünvana getmədiyini dedi. Könül xanımla görüşüb, Ləmanın orada olub-olmaması ilə maraqlandım, qadın Ləmanın narkotik vasitə qəbul etdiyini və Taleh adlı şəxslə görüşdüyünü bildirdi. Talehlə münasibətinin olub-olmaması ilə maraqlandıqda, Ləman heç kimlə yaxınlıq etmədiyini söylədi. Ailə münaqişələri zamanı arvadım "102" xidmətinə zəng edib, mənim onu döyməyim barədə məlumat verdi. Ləmanın əsassız şikayəti əsasında, bir dəfə inzibati qaydada həbs olundum".

Şəhriyar arvadının Talehlə görüşməsinin şahidi olub:

"Ləmanı həmin şəxsin idarə etdiyi "Niva" markalı avtomobilin arxa oturacağında gördüm. Evdə yoldaşımı sorğu-sual edərkən, video çəkiliş apardım. Övladlarıma görə arvadımı bağışlasam da, sentyabrın 27-də o, uşaqları evdə tək qoyub, çıxıb getdi. Ləmanın itkin düşməsi ilə əlaqədar 14-cü Polis Bölməsinə məlumat versəm də, arvadım bölməyə gedib itkin düşmədiyini və öz xoşu ilə evdən çıxıb getdiyini bildirdi. Bu hərəkətindən sonra, artıq boşanmaq qərarına gəldim və Sabunçu rayon Məhkəməsinə müraciət etdim. Hadisədən 10 gün əvvəl arvadım zəng edib, onunla barışmaq istədiyini dedi. Görüşüb Ləmanın Pirşağı qəsəbəsində kirayədə yaşadığım evə apardım. Həmin ev Mehriban adlı qadına məxsus idi. Ləmana axırıncı dəfə inanıb onunla yenidən yaşamağa qərar verdim və övladlarımı da həmin evə gətirdim".

Şəhriyar noyabrın 29-da pəncərədən, Ləmanın olduğu otağa Mehribanın qardaşı Əlibalanın gəldiyini, onların çox səmimi şəkildə quçaqlaşıb, öpüşmələrini görür:

"Yaxınlaşıb qapını döydüm. Qapını açan da hər ikisi həyəcanlı vəziyyətdə yerlərində donub qaldılar. Marketə getmək adı ilə çölə çıxartmaq istəyərkən Ləman mənimlə mübahisə etməyə başladı, Əlibala isə çölə çıxdı. Ona uşaqların yanında mübahisə etmək istəmədiyimi, onları sakitləşdirib başqa otağa keçirtməyimi bildirdim. Pəncərənin kənarında olan bıçağı götürüb, gödəkçəmin cibinə qoydum. Sonra Ləmanla küçəyə çıxdıq. Ləman yüksək səslə mübahisə etdi ki, yoldan keçən insanlar bunu eşitsin. Əynindəki gödəkçəsindən tutub, onu darvazadan içəri salmağa çalışdım. Söyüşlərindən əsəbiləşib, həmin bıçaqla Ləmana çoxsaylı zərbələr endirdim. Səs-küyə Əlibala gəldi, ona dedim ki, uzaqlaş buradan. Arvadıma xəsarətlər yetirəndən sonra, uşaqları götürmək üçün Əlibalaya qapını açmasını dedim. Əlibala əvvəlcə bıçağı tullamağımı xahiş etdi. Bıçağı yerə atıb yenidən qapını açmasını istədim. Əlibala məni içəri buraxmadı. Küçəyə çıxanda Ləmanın qonşunun qapısının qarşısında, yerdə can verdiyini gördüm. Orada olan tanımadığım qadına polisə və təcili yardıma zəng etdiyini dedi. Taksi sifariş edərək, atamgilə getdim. Valideynlərimə Ləmanı bıçaqla vurduğumu bildirdim, onlarla sağollaşdım və polisə təslim oldum".

Zərərçəkmiş şəxsin hüquqi varisi Babək İsmayılov ifadəsində bildirib ki, Goranboy rayonunda yaşayır:

"Heç vaxt qızımın ailədaxili işlərinə qarışmamışam. Son zamanlar onların münasibətləri kəskinləşib. Eşitdiyimə görə, kürəkən narkotik vasitələrin istifadəçisi olub, işləmirdi və ailəsinə baxmırdı. Sonradan bildim ki, son günlər Ləman Mehriban adlı rəfiqəsinin evində yaşayır. Elə orda baş vermiş münaqişə zamanı Şəhriyar Ləmanı bıçaqlayaraq, qətlə yetirib. Hadisədən əvvəl kürəkənim mənə bildirdi ki, guya arvadı narkotik vasitələrdən istifadə edir. Şəhriyara dedim ki, əgər elədirsə, boşanın, qızımı analıqdan məhrum et və uşaqları da özü saxla".

Şahid Mehriban İbrahimova ifadəsində deyib ki, hadisədən 15 gün əvvəl Ləman Ələsgərova telefonuna ismarıc göndərib:

"Ləman yazmışdı ki, ərindən ayrılıb, mənimlə birlikdə Pirşağı qəsəbəsindəki bağ evində qalmaq istəyir. Əvvəl imtina etsəm də, sonradan ona yazığım gəldi, etiraz etmədim. Noyabrın 23-də Ləman Şəhriyara zəng edib, görüşmək istədiyini, Mehdiabad qəsəbəsinə gelməsini xahiş edib. Kafedə görüşüb, söhbət edəndən sonra, Ləmanla Şəhriyar barışıb və birlikdə onun evinə gəliblər. Bildiyimə görə, övladlarına həmin ərəfədə Şəhriyarın xalası baxıb. Səhəri gün Şəhriyar uşaqlarını da gətirdi. Noyabrın 29-u səhər saat 10 radələrində yuxudan oyandıqdan sonra Şəhriyarla Ləmanın evdə mübahisə etdiklərini gördüm. Əsəbiləşərək, çıxıb, mübahisələrini çöldə davam etmələrini bildirdim. Hər iksi evi tərk etdi. Təxminən 2 saatdan sonra Ləman qayıdıb, mənə, bacım Səyyarəyə və qardaşım Əlibalaya Şəhriyarın onu öldürmək istədiyini dedi. Sonra müəyyən işləri ilə əlaqədar evdən çıxdı. Yolda olanda narahat olduğum üçün Ləmana zəng etsəm də, Şəhriyar cavab verdi. O, arvadını öldürdüyünü bildirəndə, dərhal evə qayıdıb, küçədə Ləmanın meyitini gördüm".

Şahid Əlibala İbrahimovun sözlərinə görə, bacısı Mehribanın evində qalmağa gələn Ləman Ələsgərova ilə yaxın münasibəti yaranıb. Onunla cinsi əlaqədə olub. Noyabrın 29-da Ləmanla əri Şəhriyar çöldə mübahisə edəndə, uşaqlarla birgə cizgi filminə baxırmış:

"Bir neçə dəqiqədən sonra digər bacısı Səyyarə pəncərədən məni çağıraraq, Şəhriyarın Ləmanı vurduğunu bildirdi. Qapıya çatanadək qışqırıq səsini eşitdim. Çölə çıxanda Şəhriyarın sağ əlində bıçağın olduğunu, artıq Ləmana xəsarətlər yetirdiyini gördüm. Həmin vəziyyətdə ona yaxınlaşmaqdan çəkindim, düşündüm ki, Şəhriyar məni də vura bilər. Tez evə qayıdıb, qapını bağladım. Şəhriyar qapını açmağımı və övladlarını verməyimi tələb etsə də, qapını açmadım. 5-10 dəqiqədən sonra Şəhriyar uzaqlaşdı. Ləmanın qonşu qapının qarşısında hərəkətsiz uzandığını gördüm".

O, əlavə edib ki, hadisə günü bacım Mehriban ona Ləmanla olan münasibətinə son qoymağı deyib: "Buna görə yataq otağına girib, Ləmanla söhbət etdim. Ləman məni qucaqlayanda, çox güman ki, Şəhriyar görüb".

Əlibalanın digər bacısı Səyyarənin sözlərinə görə, üz-üzə dayanarkən, Ləman Şəhriyara deyib ki, "kişi deyilsən, vur də". Şahid əlavə edib ki, təqsirləndirilən şəxs yalan ifadə verib, nə o, nə də ailə üzvləri narkotik vasitə qəbul etməyiblər:

Qeyd edək ki, məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Şəhriyar Ələsgərovda psixotrop maddə - metamfetamin qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var.

Məhkəmə iclasında Şəhriyar Ələsgərov ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Şəhriyar Ələsgərovun əməli düzgün olaraq CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Ələsgərov cəzasını ciddi rejimli Cəzaçəkmə müəssisəsində çəkməklə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

24-08-2022, 16:47

Bakıda 15 yaşlı qız yoxa çıxdı

Ölkə / Kriminal

15-05-2023, 11:29

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və üzərində odlu silah saxlayan daha 92 nəfər saxlanılıb - Keçən ayın hesabatı

Hadisə

10-09-2022, 18:25

Qızının 16 yaşlı sevgilisini öldürüb gizlicə basdırdı

Hadisə

21-07-2022, 14:56

Abşeronda polis əməliyyat keçirib, saxlanılan var

Cəmiyyət

14-07-2022, 12:51

Sabunçuda 1 ay ərzində narkotikə görə 60 nəfər saxlanılıb

Hadisə / Bölgə

21-05-2023, 20:34

Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsində naməlum meyit aşkarlanıb

Hadisə

10-08-2022, 11:16

Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb

Hadisə

8-08-2022, 11:50

Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb

Bölgə

29-07-2022, 15:40

Cəbrayılda əlləri bağlı kişi meyiti tapıldı

Hadisə

11-08-2022, 15:58

Bakıda itkin düşən qadının sevgilisi həbs edildi

Hadisə / Bölgə

24-11-2022, 16:41

Ucar rayonunda fərdi yaşayış evlində yanğın baş verib

Cəmiyyət / Bölgə

26-08-2022, 12:53

İstixanada narkotik yetişdirən Göyçay rayon sakini saxlanılıb

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • Bu gün, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • Bu gün, 18:15
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • Bu gün, 18:08
    Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO
  • Bu gün, 17:46
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • Bu gün, 17:41
    Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO
  • Bu gün, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Bu gün, 17:16
    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO
  • Bu gün, 16:55
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • Bu gün, 16:25
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • Bu gün, 16:04
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Bu gün, 15:48
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
  • Bu gün, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Bu gün, 15:20
    AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?
  • Bu gün, 14:54
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Bu gün, 14:38
    Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
  • Bu gün, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Bu gün, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Bu gün, 12:54
    “Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu
  • Bu gün, 12:28
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Bu gün, 12:15
    Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO
  • Bu gün, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Bu gün, 11:34
    Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
  • Bu gün, 11:14
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Bu gün, 10:58
    Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
  • Bu gün, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Bu gün, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Bu gün, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Bu gün, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə