Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

29.07.2022 12:10 594 1 dəq oxunur
Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Prokurorluqdan bakunews.az-ya lent.az-a istinadən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az