Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb

21.07.2022 19:09 627 1 dəq oxunur
Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
Tbilisinin azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) qəsəbəsində anasına bıçaq xəsarətləri yetirən, onun yanında olan 54 yaşlı kişini öldürən 1999-cu il təvəllüdlü N.V. adlı şəxs saxlanılıb.

bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən 23 yaşlı gənc iyulun 19-da 1983-cü il təvəllüdlü anası və onun tanışı 1968-ci il təvəllüdlü kişini bıçaqlayıb, daha sonra hadisə yerindən qaçıb.

Bıçaq yaraları alan kişi xəsətəxanada dünyasını dəyişib, qadına isə təcili tibbi yardım göstərilib.

İnsidentlə bağlı keçmişdə məhkum olmuş 1990-cı il təvəllüdlü Q.C. adlı şəxs də saxlanılıb. O, törədilmiş cinayət barədə məlumatlı olsa da, polisə bildirməyib.

Faktla bağlı qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd, xüsusilə ağır cinayət haqqında məlumat verməmə maddələri üzrə istintaq aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az