Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstanda azərbaycanlı gənc anasını bıçaqlayıb, daha bir nəfəri qətlə yetirib

19.07.2022 14:08 576 1 dəq oxunur
Gürcüstanda azərbaycanlı gənc anasını bıçaqlayıb, daha bir nəfəri qətlə yetirib
Tbilisinin azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında qətl törədilib.

bakunews.az report-a istinadən istinadən xəbər verir ki, 22 yaşlı gənc küçədə anasını bıçaqlayıb, onun yanında olan 54 yaşlı kişini ürək və boğaz nahiyələrindən ölümcül yaralayıb.

Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qanlı insidentin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd maddələri üzrə istintaq aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az