Sizin reklam burada 728×90
Son dəqiqə

“Laçın” SBM-dən erməniəsilli şəxslərin keçidi təmin edilir -

31.08.2023 10:37 408 1 dəq oxunur
“Laçın” SBM-dən erməniəsilli şəxslərin keçidi təmin edilir -
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir.

Baku TV-nin Laçına ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, BQXK-ya məxsus ümumilikdə səkkiz nəqliyyat vasitəsinin keçid etdiyi bildirilir.
Qeyd olunub ki, nəqliyyat vasitələrinin içərisində 30-a yaxın erməniəsilli şəxs var. Həmin şəxslərin sənədləri yoxlanılır və sərbəst hərəkətləri təmin edilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az