• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva valideynlərə çağırış etdi: “Övladlarınızı intihara sürükləməyin!”

Gündəm

2-05-2023, 02:58

Son vaxtlar orta məktəbin 11-ci sinif şagirdləri arasında intihar hallarının baş verməsi olduqca məyusedici və düşündürücüdür. Xüsusilə, yeniyetmə buraxılış imtahanından az bal topladığı üçün özünə qəsd edirsə, bu, heç şübhəsiz, onun ailəsində üzləşdiyi qınaq, təzyiq və sərt davranışdan qaynaqlanır. Nəticədə hələ psixologiyası möhkəmlənməyən yeniyetmə ağır depressiya keçirərək, vəziyyətdən çıxış yolunu intihar etməkdə görür. Ona görə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirildiyi bugünlərdə valideynlər xüsusilə diqqətli olmalı, övladlarına daha çox qayğı göstərməli, imtahanda az bal yığdıqları üçün onları sərt tənqid etməkdən çəkinməlidirlər. Sərt tənqid və danlaq çox vaxt vəziyyəti daha da pisləşdirə bilər.

Övladının ali təhsil almasına çalışan, bunun üçün uzun illər böyük zəhmət və xərc çəkən valideynlərin bu narahatlığı başa düşülən olsa da, yadda saxlamaq lazımdır ki, akademik uğur insanın dəyərinin və ya potensialının yeganə ölçüsü deyil. Və heç bir belə uğur övladınızın sağlığı və sağlamlığından üstün deyil. Bu baxımdan, valideynlər belə vəziyyətdə maksimum səbrli, təmkinli olmalı, emosiyalarını cilovlamalıdırlar. Uşağınıza təzyiq göstərməkdənsə, hissləri və narahatlıqları barədə onlarla açıq və dürüst söhbət etməyə çalışın. Onlardan nəyin səhv olduğunu düşündüklərini və yaxşılaşdırmaq üçün nə etməli olduqlarını soruşun. Onları daha çox çalışmaq üçün təşviq edin və bu yolda dəstəyinizi əsirgəməyin. Sizin köməyiniz və rəhbərliyinizlə onlar öz səhvlərindən öyrənə və məqsədlərinə çatmaq üçün çalışa, performanslarını yaxşılaşdıra bilərlər. Belə olarsa, imtahandan zəif bal toplayan yeniyetmə növbəti cəhddə daha yüksək nəticə göstərərək ona göstərilən etimadı doğruldacaq. Uşağınıza qorxu yox, sevgi aşılayın. Əks halda, yanlış davranışlarınız sərt və ağır ifadələrinizlə övladınızı intihara sürükləyə bilərsiniz. Sonrakı peşmançılıq isə fayda verməz.

Digər tərəfdən, hər kəs akademik uğurlara sahib olmalı, ali təhsil almalıdır deyə, bir norma yoxdur. Hər bir uşaq unikaldır. Övladınızın digər sahələrdə güclü və istedadları tərəflərini, bacarıqlarını aşkara çıxara, onu həvəsi olduğu sənətə sahib olmağa istiqamətləndirə bilərsiniz. Müasir əmək bazarında tələb duyulan peşələrə yiyələnmək üçün heç də ali təhsil almaq mütləq deyil. Çoxsaylı peşə təhsili məktəbləri, təhsil kursları vasitəsilə onlar yüksək əmək haqqı ilə çalışa biləcəkləri sənətə yiyələnə bilərlər.

Yeniyetmələr isə nəzərə almalıdır ki, uğura aparan yollar çoxdur və hər kəs bu uğura eyni yolla getmir. Ali məktəbə qəbul imtahanında aşağı bal toplamaq o demək deyil ki, gələcəyiniz məhvə məhkumdur və ya hədəflərinizə çata bilməyəcəksiniz. Sizin üçün bir çox başqa imkanlar və seçimlər var və sadəcə olaraq, bu imkanları doğru dəyərləndirmək lazımdır. Yetər ki, ruhdan düşməyin, gələcəyə nikbin baxın, kiçik hədəflər müəyyən edib, onlara ardıcıllıqla nail olmağa çalışın. Həyat çətinliklərlə doludur, amma bununla belə, bu çətinliklərin öhdəsindən gəlməyi öyrənmək və onlardan dərs çıxarmaq insanlara daha güclü, daha möhkəm və xoşbəxt olmağa kömək edir.

Aynur Musayeva
Uşaq İnkişaf Mərkəzinin direktoru

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

1-08-2022, 14:50

Universitet və kolleclərə ixtisas seçimi bu tarixlərdə BAŞLAYACAQ

Cəmiyyət

7-02-2023, 16:51

Ana öz rolunu mükəmməl oynamasa, onun əsəri də mükəmməl olmayacaq

Təhsil

2-08-2022, 20:10

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə güzəşt...

Təhsil

22-08-2022, 13:33

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

Təhsil

28-07-2022, 12:47

İmtahan qiyməti 10 manatdan baha ola bilməz - ETİRAZ

Cəmiyyət

3-05-2023, 17:53

Sumqayıtda idman zalında 7 yaşlı Fəridin idman məşqçisi Mehman Xəlilovun qəddar davranışı nəticəsində ölməsi çox üzücüdür, həm də bir siqnaldır

Hadisə

9-09-2022, 17:05

Bakıda məktəbdə insident - Özünü yandırmaq istədi

Hadisə

16-01-2023, 22:26

Masallıda şagird özünü məktəb binasından atdı

Təhsil

16-08-2022, 11:23

Ali məktəblərə qəbul üçün plan yeri artırılıb

Təhsil

21-07-2022, 13:54

I və IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib, 9 nəfərin nəticəsi ləğv edilib

Ölkə

4-09-2022, 10:14

Bu gün DİM əlavə imtahan keçirir

Cəmiyyət

28-07-2022, 13:51

Payızda hansı qapanmalar ola bilər? - AÇIQLAMA

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • Dünən, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Dünən, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Dünən, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Dünən, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Dünən, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Dünən, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Dünən, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Dünən, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Dünən, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Dünən, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Dünən, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Dünən, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Dünən, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Dünən, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Dünən, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Dünən, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Dünən, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Dünən, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Dünən, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Dünən, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Dünən, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Dünən, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Dünən, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Dünən, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Dünən, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Dünən, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Dünən, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Dünən, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Dünən, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • 1-10-2026, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • 1-10-2026, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə