• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida

Gündəm / Cəmiyyət

Bu gün, 18:41

Azərbaycan mediası ağır itki ilə üzləşdi. Tanınmış jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı 28 sentyabr 2026-cı ildə, 56 yaşında vəfat edib. Uzun müddət ağır xəstəliklə mübarizə aparan jurnalistin ölüm xəbəri onu tanıyan, illərlə fəaliyyətini izləyən və eyni media mühitini bölüşən çoxsaylı insanlarda dərin kədər yaradıb.


Bəzən bir jurnalistin həyatdan gedişi sadəcə bir insanın ölümü olmur. Bir səs susur, bir üslub dayanır, illərlə formalaşmış bir media yaddaşı tarixə çevrilir. Əvəz Zeynallının vəfatı da Azərbaycan jurnalistikası üçün məhz belə itkilərdəndir.

Onu sevən də vardı, sərt şəkildə mübahisə edən də, fikirləri ilə razılaşmayan da. Amma Əvəz Zeynallının jurnalistikada özünəməxsus dəst-xətti olduğunu inkar etmək çətindir. O, kameranın qarşısında, qəzet səhifəsində, müsahibə masasında da mövqeyni gizlətməyən jurnalistlərdən idi. Danışığında emosiya, suallarında israr, peşəyə münasibətində isə özünəməxsus inad vardı.

Əvəz Tapdıq oğlu Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya gəlmişdi. 1988-ci ildə Azərbaycana köçmüş, daha sonra Türkiyədə Ankara Universitetinin Hüquq fakültəsində təhsil almışdı. Azərbaycana qayıtdıqdan sonra müxtəlif mətbuat orqanlarında çalışmış, 2002-ci ildə “Xural” qəzetini yaratmış, sonrakı illərdə fəaliyyətini “Xural” və “Xural TV” platformaları üzərindən davam etdirmişdi.

Onun həyat yolu peşəsində çətinliklərin öhdəsindən gəlməsi bir tarixdi. Məhkəmələr, həbslər, mühakimələr, yenidən efir, yenidən mübarizə... Bütün bunlar Əvəz Zeynallının ömür yolunun müxtəlif mərhələləri idi. Son illərdə isə onun ən ağır mübarizəsi xəstəliklə oldu. Bir ildən artıq onkoloji xəstəlikdən müalicə alan jurnalist son günlərinə qədər ictimaiyyətlə əlaqəsini tam kəsməmişdi.

Və bəlkə də taleyin ən kövrək məqamlarından biri onun ölümündən cəmi bir gün əvvəl sosial şəbəkədə yazdığı son sözlər oldu. Ona baş çəkən, dəstək olan insanlara təşəkkür edən Əvəz Zeynallı mesajını belə tamamlamışdı:

“Sizə görə varam və Səni Sevirəm, Azərbaycan!”


Bu sözlər indi tamam başqa cür səslənir.

İnsan gedəndən sonra onun haqqında ən çox vəzifələr, titullar deyil, xatirələr danışır. Bir telefon zəngi, redaksiyada edilmiş söhbət, efirdə deyilmiş bir cümlə, dostlarla keçirilmiş saatlar, jurnalist həmkarlarına verilmiş dəstək, bəzən sərt mübahisədən sonra gələn səmimi təbəssüm...

Əvəz Zeynallı da onu yaxından tanıyanların yaddaşında yalnız jurnalist kimi deyil, öz xarakteri, emosiyası, zarafatı, sərtliyi və səmimiyyəti ilə qalacaq.

Jurnalistika qəribə peşədir. Hər gün başqalarının taleyini yazırsan, bir gün isə həmkarların sənin haqqında son xəbəri yazırlar. Bu gün Azərbaycan mediasında çoxlarının qələmindən çıxan ən ağır cümlə eynidir:

Əvəz Zeynallı vəfat etdi...

Bu cümlənin arxasında isə 56 illik bir ömür, uzun jurnalist yolu, saysız-hesabsız efirlər, müsahibələr, yazılar, mübahisələr və saysız xatirələr dayanır.

29 sentyabrda onu sevənlər, doğmaları, dostları və həmkarları Əvəz Zeynallını son mənzilə yola salacaqlar. Mövcud məlumata görə, vida mərasimindən sonra jurnalist Kürdəxanı qəbiristanlığında torpağa tapşırılacaq.

Amma jurnalistin fiziki yoxluğu onun illərlə yaratdığı media yaddaşını bir anda yox etmir. Efir arxivlərində səsi, yazılarda fikirləri, onu tanıyan insanların yaddaşında isə xatirələri yaşayacaq.

Bu dəfə mikrofonun qarşısında Əvəz Zeynallı olmayacaq.
Bu dəfə sualları o verməyəcək.
Bu dəfə onun haqqında danışılacaq...

Allah rəhmət eləsin.
Ruhu şad olsun.
Ailəsinə, doğmalarına, dostlarına və bütün media cameəsinə dərin hüznlə başsağlığı veririk.


Hörmətlə Mirkənan Seyidov, Bakunews.az kolletivi.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Cəmiyyət

21-01-2026, 15:01

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

7-08-2024, 20:32

MÜSTƏQİLLİYİMİZİN İLK İLLƏRİNİN SALNAMƏSİ

Cəmiyyət

7-05-2024, 16:57

İzlər içində izi olanlardan biri – Sənubər Qasımova - FOTOLAR

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

19-07-2024, 10:57

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Gündəm / Sosial

11-08-2023, 18:43

"Buna azadlığa çıxanda qiymət verəcəm"- Əvəz Zeynallı istintaqa etiraz etdi...

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Bu gün, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Bu gün, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Bu gün, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Bu gün, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Bu gün, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Bu gün, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Bu gün, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Bu gün, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Bu gün, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Bu gün, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Bu gün, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Bu gün, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Bu gün, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Bu gün, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Bu gün, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Bu gün, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Bu gün, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Bu gün, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Bu gün, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Bu gün, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Bu gün, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Bu gün, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Bu gün, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Bu gün, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə