• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Eyvazovun güc şousu alınmadı: Alliance Clinic-də ciddi nöqsanlar – FOTO

Gündəm / Cəmiyyət

10-09-2026, 16:49

Faktum.az xəbər verir ki, bir neçə gün əvvəl redaksiyamıza “Alliance Clinic” tibb müəssisəsi ilə bağlı ciddi şikayət və məlumatlar daxil olmuşdu. Məlumatlarda klinikanın əməliyyat blokunun sanitariya-epidemioloji tələblərə cavab vermədiyi, əməliyyat otaqlarında havalandırma və ventilyasiya sisteminin normativlərə uyğun olmadığı, hava mübadiləsinin göstəricilərinin bərbad vəziyyətdə olduğu, eləcə də pasiyentlərin sağlığı üçün ciddi təhlükə yaradan digər texniki uyğunsuzluqların mövcudluğu qeyd edilirdi.
​Məsələnin ictimai sağlamlıq və pasiyent təhlükəsizliyi baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, tərəfimizdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5 sentyabr tarixində 21 nömrəli rəsmi jurnalist sorğusu ünvanlanmışdı.
​Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) sorğumuza operativ və obyektiv şəkildə cavab verərək, qeyd olunan ünvanda müvafiq yoxlama tədbirlərinin həyata keçirildiyini və dəhşətli nöqsanların aşkarlandığını rəsmən bildirdi. AEM-in araşdırması nəticəsində müəssisədə tibb fəaliyyəti üçün istifadə edilən avadanlıqların normativ-texniki sənədlərinin təqdim edilmədiyi, reanimasiya sahəsindəki şəraitin qaydalara uyğunlaşdırılmadığı, əməliyyatxanaya keçiddə sanitariya normasının tələb etdiyi duş kabinəsinin ümumiyyətlə olmadığı, tibbi qazların yerləşdirildiyi sahənin müfəttişlərdən gizlədilərək baxışa təqdim edilmədiyi, camaşırxana otağının olmadığı və paltarların yuyulması üçün hər hansı şirkətlə müqavilə belə bağlanmadığı müəyyən olunub. Bunlarla yanaşı, lisenziyadan kənar tibb fəaliyyətinin göstərildiyi (İXM-nin 215.1-ci maddəsi) və mənşəyi bilinməyən, normativlərə cavab verməyən və ya yararsız dərman vasitələrinin saxlanıldığı (İXM-nin 221.1-ci maddəsi) təsdiqini tapıb. Ən qəribə məqam isə odur ki, klinikada əməliyyatxana və reanimasiyanın uzun müddətdir fəaliyyət göstərmədiyi iddia edildiyi üçün havalandırma və ventilyasiya sistemində laborator ölçmələr aparmaq belə mümkün olmayıb.


​Bütün bu biabırçı siyahının başında duran şəxs – “Alliance Clinic”in baş həkimi və məsul vəzifəli şəxsi Fərid Eyvazovdur. AEM-in rəsmi cavabında açıq şəkildə qeyd olunur ki, yoxlama prosesində Fərid Eyvazov yoxlayıcı qrupun fəaliyyətinə açıq-aşkar maneələr yaradıb və yoxlamanın şəffaflığını pozmağa cəhd göstərib! İnsan həyatına birbaşa cavabdeh olan bir tibb müəssisəsinin rəhbəri, baş həkim dövlət müfəttişinin qarşısını nə üçün kəsir? Normativə cavab verməyən dərmanları gizlətmək üçünmü, lisenziyasız göstərdikləri qanunsuz xidmətlərin üstünün açılmaması üçünmü, yoksa təhlükəli tibbi qazların saxlandığı bərbad şəraiti göstərməyə utandığı üçünmü? Aşkar olunmış bu qanunsuzluqlara və dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərə mane olduğuna görə Fərid Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1, 221.1 və 602.4-cü maddələri ilə protokollar tərtib edilib. Səhiyyə sahəsində baş həkim postunu tutan bir şəxsin öz müəssisəsini bu dərəcədə acınacaqlı vəziyyətə gətirməsi, üstəlik yoxlamadan qaçmaq üçün maneələr yaratması tibbi etikaya da, rəhbər məsuliyyətinə də sığmır. Pasiyentlərin canını etibar etdiyi bir klinikanın baş həkiminin dövlət yoxlamasına qarşı bu cür davranışı onun öz fəaliyyətindəki qanunsuzluqları nə dərəcədə yaxşı bildiyinin sübutudur.
​Biz redaksiya olaraq operativ reaksiya və obyektiv yoxlamaya görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təşəkkür edirik. Vətəndaşların sağlamlığını və hüquqlarını qorumaq adına “Alliance Clinic”dəki və Fərid Eyvazovun rəhbərliyindəki processesi diqqətdə saxlamağa devam edəcəyik.

Faktum.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Bölgə / Sosial

24-07-2023, 10:46

ƏDALƏT HƏSƏNOV PREZIDENT ADMISTRASIYASININ DA MÖVQEYINI NƏZƏRƏ ALMADAN SƏHİYYƏDƏ GÜLÜNC VƏZIYYƏTI NIYƏ YARADIR?

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

19-09-2024, 14:42

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

25-01-2025, 11:51

Rəsmi şəxsləri işdən çıxarılması ilə hədələyən və telefon çırpan Yeganə Cəfərova və Rəna Soltanova…..

Gündəm / Cəmiyyət

22-05-2026, 09:27

“Laser Beauty Clinic” - Nigar Rüfəti himayə edən kimdir?

Gündəm / Cəmiyyət

19-07-2024, 10:57

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Cəmiyyət

17-03-2025, 17:29

Texniki Universiteti bitirən Nigar Rüfət necə həkim olub? -DETALLAR

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

5-06-2026, 13:07

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?:

Gündəm / Ölkə

31-10-2024, 14:06

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Dünən, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Dünən, 17:20
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Dünən, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Dünən, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Dünən, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Dünən, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Dünən, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Dünən, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Dünən, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Dünən, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Dünən, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Dünən, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Dünən, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Dünən, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Dünən, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Dünən, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Dünən, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Dünən, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Dünən, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Dünən, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Dünən, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Dünən, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • 28-10-2026, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • 28-10-2026, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • 28-10-2026, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • 28-10-2026, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə