Avqustun 28-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-280-85-15) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az