• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Gündəm / Siyasət

17-12-2025, 17:52

Erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqı (Aİ) və onun nəzarətində olan Avropa Parlamentində anti-Azərbaycan isterikası səngimir. Bu qurumlar Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolda əsas maneəyə çevriliblər. Xüsusilə, Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verir, müzakirə və qətnamələr qəbul edir. Hədəf və məqsəd bəllidir: Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə hər vəchlə mane olmaq. Digər bir səbəb isə Azərbaycanın dünyada artan nüfuzudur.

Elə dekabrın 2-də Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" də bu narahatlığın təzahürü saymaq olar.

Azərbaycan Xarici İşlər Nazirliyi sənədi Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd addım adlandırıb. Bu da təsadüfi deyil. Çünki sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb.

Aİ ilə Ermənistan arasında növbəti 7 il müddətində strateji prioritetləri müəyyənləşdirən ikitərəfli sənəddə Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəa əks olunsa da, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilmir. Bu hal Ermənistanın Vaşinqtonda imzaladığı TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

Aİ-nin anti-Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı - ŞƏRH

Aİ-də "Tramp marşrutu" ilə bağlı ikili mövqe

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi layihəsinin 7-ci maddəsində tərəflər qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı üzərilərinə öhdəlik götürüblər. Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir. Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə Aİ onun mövcudluğunun qorunmasını və missiyanın tam operativliyinin təmin olunmasını prioritetləşdirir.

Azərbaycanın haqlı gözləntisi isə odur ki, sözügedən sənədə dəyişikliklər olunmalı, ölkəmizin mövqeyi nəzərə alınmalıdır. Maraqlıdır ki, Avropa İttifaqı daxilində "Tramp marşrutu" ilə bağlı yekdil mövqe yoxdur. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun bu günlərdə Ermənistan KİV nümayəndələri ilə söhbətində "Trampın sülh və firavanlıq marşrutu" ilə bağlı nikbin bəyanatlar verib. "Tramp marşrutu" layihəsi çərçivəsində vəsaitlərimizi yatırmağa hazırıq", - deyən Maraqos Aİ-nin regionda istənilən infrastruktur layihəsini dəstəkləmək niyyətində olduğunu birmənalı şəkildə vurğulayıb. Lakin qurum daxilində bəzi qüvvələr, daha dəqiq ifadə etsək, sorosçu qüvvələr, "voukistlər", liberallar bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyirlər.

Aİ-nin qərəzli yanaşması sistematik hal alıb

Qeyd edək ki, Aİ-nin əsas qurumlarından hesab edilən Avropa Parlamentində də dəfələrlə "Tramp marşrutu"na ikili yanaşmanı əks etdirən müzakirələr aparılıb. Ümumiyyətlə, Aİ-nin Azərbaycana qarşı qərəzli yanaşması uzun illərin "xəstəliyidir" və sistematik xarakter daşıyır. Məsələn, Vətən müharibəsinə qədər bu qurum bir çox hallarda Azərbaycana ərazi bütövlüyü ilə bağlı Gürcüstan, Ukrayna və Moldova kimi dəstək vermirdi. Əksinə, Azərbaycana müxtəlif böhtanlar atırdı. Hətta Avropa ittifaqı Ermənistanda Müşahidə Missiyası da yaradıb. Bu missiya isə yarandığı ilk gündən bölgədə sülhə qarşı çıxıb.

Aİ-nin ikili yanaşması beynəlxalq məsələlərdə də özünü göstərir. Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyanı sanksiyalarla üzə-üzə qoyan Avropa ittifaqı indiyə qədər ona qarşı 20-yə yaxın qadağa tətbiq edib. Bəs bu məhdudiyyətlərə necə əməl edilir? Rusiya ilə ticarət edən bir sıra ölkələrin gəmilərinə sanksiya qoyulur, digər ölkələr bunu etdiyi halda etiraz yaratmır.

Yaxşı olardı ki, Aİ Azərbaycanın 5 gəmisinə yox, Yunanıstan və Kiprin gəmilərinə qarşı sanksiya tətbiq edərdi. Aİ-nin əsas üzvü Almaniya isə ümumiyyətlə sanksiyalara məhəl qoymur. Məsələn, Rusiyadan hələ də böyük həcmdə neft alır. Ermənistana qarşı da eyni mövqe sərgilənir. Ukraynada müharibə başlayandan bəri Ermənistan Rusiya ilə idxal və ixrac əməliyyatlarında sanksiya altında olan malların paralel idxal və ixracın əsas kanallarından birinə çevrilib. Lakin Aİ Ermənistana qarşı bəyanatlar, sanksiyalar qəbul etmir. Eləcə də, Avropada istehsal olunan elektronika məhz bu ölkə vasitəsilə Rusiyaya satılır. Elə Aİ özü də boru kəməri vasitəsi ilə Rusiyadan qazın alışını azaltsa da, maye qazın alışını əsaslı artırıb.

Ermənistandakı total siyasi həbslərə susan Aİ

Avropanın qərəzi bunlarla kifayətlənmir. Başa çatmaqda olan il Ermənistanda kütləvi həbslərlə yadda qalsa da, nə Avropa İttifaqı, nə də Avropa Parlamentindən reaksiya daxil olmur. Halbuki bu il ərzində Ermənistanı ciddi həbslər, repressiyalar dalğası bürüyüb. Lakin baş verənlər beynəlxalq media və Qərb dövlətləri tərəfindən hələ də pislənməyib.

Həbs edilənlərin siyahısında din xadimlərindən tutmuş, iş adamları, müxalif siyasi birlik və partiyaları təmsil edən onlarla insan var. Təkcə 2025-ci ildə Ermənistanda həbs və məhkum edilmiş şəxslərin yalnız bir qisminin adlarını Aİ-nin yadına salmaq lazımdır. Siyahıda Ovik Abramyan, Vardan Qukasyan, David Ambartsumyan, Razmik Mkrtçyan, Vardan Arutyunyan və Ermənistanın "milli qəhrəmanı" Tiran Xaçatryan və digərləri var. Aİ hətta kilsə nümayəndələri və keşiş Qalstanyan işi üzrə həbs edilənlərlə də bağlı reaksiya göstərməyib. Burada Tavuş etirazlarının lideri Baqrat Qalstanyan, arxiyepiskop, Şirak yeparxiyasının başçısı Mikael Acapaxyan, Bütün Ermənilərin Katolikosu II Qareqinin qardaşı Gevork Nersisyan və digərlər var. Mülki şəxslər siyahısında isə Rusiya-Ermənistan iş adamı, "Taşir Qrup"un sahibi Samvel Karapetyan, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin Musalersk filialının baş mühəndisi Ara Avakyan, siyasi bloqçu, "İmnemnimin" proqramının aparıcılarından biri Narek Samsonyan, "İmnemnimin" proqramının aparıcılarından biri Vazgen Saqatelyan, vəkil Ruben Mxitaryan və s. şəxslər var.

Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir.

Aİ-nin müharibə cinayətkarlarına sevgisi də bitmir. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi.

Bütün bunlar onu deməyə əsas verir ki, Aİ-ni Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparması, sərhəddə atəşin açılmaması narahat edir. Bölgədə ayırıcı xətlər çəkməyə çalışan Qərbi həm də Azərbaycanın artan nüfuzu narahat edir. Lakin hamıya məlumdur ki, Aİ artıq parçalanma və ziddiyyətlər içində çabalayır. Konkret olaraq, sanksiyaların işləməməsi və ya kağız üzərində qalması buna misaldır.

Aİ böyük siyasətdə subyektliyini itirir. ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Avropada vüsət almış böhran və dəyərlərin itirilməsi ideyaları bunu açıq nümayiş etdirir. Ukraynada qanlı müharibənin getdiyi, minlərlə insanın öldüyü bir dönəmdə diqqətini sülh prosesinin getdiyi Azərbaycan və Ermənistana yönəltməyin bir hədəfi var - sülh prosesinə mane olmaq və bölgədə itirdiyi təsir imkanlarını İrəvan üzərindən bərpa etmək.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Siyasət

24-07-2025, 18:52

Konqresmenlər Trampa qarşı - erməni lobbisi sülh prosesini hədəfə alıb - ŞƏRH

Gündəm / Siyasət

8-05-2024, 20:25

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Cəmiyyət

17-03-2025, 16:17

Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti – deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər - ŞƏRH

Gündəm / Siyasət

26-09-2024, 18:45

Fransa Ermənistanın çirkin oyunlarına göz yumur

Gündəm / Cəmiyyət

10-03-2025, 15:54

Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Dünən, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Dünən, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Dünən, 10:59
Xocavənddə traktor minaya düşüb
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Xəbər lenti
  • Dünən, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Dünən, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Dünən, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Dünən, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Dünən, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Dünən, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Dünən, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Dünən, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Dünən, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Dünən, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Dünən, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Dünən, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Dünən, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dünən, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Dünən, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Dünən, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Dünən, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Dünən, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Dünən, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Dünən, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Dünən, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • Dünən, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • Dünən, 09:01
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • 7-08-2026, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • 7-08-2026, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:32
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə