• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Daşdan-qayadan səs çıxır,sürpriz deputat Qaya Məmmədovdan yox

Gündəm / Cəmiyyət

8-08-2025, 11:26

Parlamentin Qaya Məmmədov adlı üzvü var. O, diplomatiyadan Milli Məclisə transfer olub. Lakin indiyə qədər qanunverici orqanın iclaslarında çıxışını görən olmayıb. Elə deputatı olduğu Suraxanı rayon seçiciləri də bunu deyirlər - Qaya Məmmədovu millət vəkili kimi öz aralarında görməyiblər. Əgər millət vəkilidirsə, ya parlamentdə çıxışları ilə seçicilərinin yanında olmalı, ya da onlarla görüşərək şikayət və təkliflərini dinləməlidir.
Anxeber.az-aməlumat verən bir qrup Suraxanı rayon sakini isə bildirib ki, bu ikisindən heç biri yoxdur. Yəni daşdan-qayadan səs çıxır, deputat Qaya Məmmədovun "tükü də tərpənmir". Bu da onun laqeydliyindən irəli gəlir. Çünki çətini mandat alana qədər idi. Ovaxtadək seçicilərlə görüşür, özünü canıyanan təqdim edir, vədlər verir, elə ki, parlament kürsüsündə əyləşir, hamı yaddan çıxır. Ona görə də Suraxanı sakinləri saytımıza müraciətdə şikayətlənirlər ki, Qaya Məmmədovu "axtarışa" veriblər, görən olsa xəbər etsin. Deputat indiyə qədər nə camaatın problemini dinləyib, nə seçicilərlə görüş keçirib. Onlar da narazılıq edir ki, belə deputat bizə lazım deyil. Sakinlərin sözlərinə görə, Qaya Məmmədovu suraxanılılar seçsəydi, xalqla təmas qurardı, deməli, onu təyin ediblər. Ümumiyyətlə, ölkədə sorğu keçirilsə, Qaya Məmmədov adlı deputatı heç 1 faiz insan tanımaz. Səbəb sadədir - parlamentdə, mətbuatda çıxışlarını görən olmayıb ki, tanınsın. Məsələn, Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, həmçinin bir sıra deputat var ki, aktivdirlər, parlament iclaslarında çıxışlar edirlər, problemləri, təklifləri dilə gətirirlər, seçicilərin müraciəti olanda reaksiya verirlər. Amma Milli Məclisdə debüt edən Qaya Məmmədov Suraxanı rayonundan xəbəri yoxdur. Xəbəri yoxdur ki, rayon iki aydır susuz qalıb. Xəbəri yoxdur ki, əhali su problemi ilə bağlı şikayət etmədiyi ünvan qalmayıb. Xəbəri yoxdur ki, Yeni Günəşli, Qaraçuxur və digər ərazilərdə hansı problemlər mövcuddur. Əgər seçicilərlə bir görüşü olsaydı, onların nədən narazı olduğunu eşidərdi. Ümumiyyətlə, rayonun tədbirlərində, hansısa yığıncaqlarda belə Qaya Məmmədovu görmək olmur. Ona görə sakinlər ona dərdini harada demək mümkün olduğunu bilmirlər. Görünür ki, Qaya Məmmədovun deputat təyinatında rolu olmuş yaxın dostu onu arxayın edib. O da əsas dəstəyi seçicidən yox, dostundan aldığını fikirləşərək sakinlərin problemləri ilə maraqlanmır. Deputat ən azından bircə dəfə su problemi haqda danışa bilərdi. Di gəl, "ağzına su alıb oturub" və Yeni Günəşlidən tutmuş digər ərazilərə qədər gələn şikayətlərə, paylaşılan videolara etinasız yanaşır. Sanki sosial mediadan da bixəbərdir.
Bəs Qaya Məmmədov hansı aləmdə yaşayır? Sual ritorikdir...
Yeri gəlmişkən, obyektivlik naminə Qaya Məmmədovun son işləri barədə məlumat almaq üçün internet resurslarında axtarış etdik. Təsəvvür edin, seçicilərin dediyi kimidir: onun sakinlərlə görüşləri haqda xəbərlər yalnız ötən ilin avqustuna aiddir. Bu da aydındır, sentyabrın 1-də seçkilər keçiriləcəkdi və namizəd kimi fəal olmağa çalışırdı. Düz bir il ötür və ötən ilin bu ayından fərqli olaraq, Qaya Məmmədov dünən də, indi də seçicilərlə görüşmür. Axı nəyinə lazımdır? Ona elə mandata qədər vacib idi. Bu da seçicilərin nəticə çıxarmasına əsas yaradıb. Amma sakinlərin səsləndirdiyi bu tənqidlərlə bağlı deputatın mövqeyini dinləməyə hazırıq.

Anxeber.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

3-08-2022, 16:24

Qobustanda 541 yeni təsvir və 18 yeni təsvirli qaya qeydə alınıb

Bölgə

20-08-2023, 02:32

Şahbuzda dağdan bal yığan şəxs dərəyə düşərək ölüb

Araşdırma

10-08-2024, 17:37

Nə seçicisi onun umrundadır... nə də o, seçicinin umrundadır... - BAŞDAN-BAŞA ŞOU...

---

19-08-2024, 08:58

Azər Badamovun ARXASINDAKI DAĞ: O `dağlara` çoxdan qar yağıb... - Seçicilərsə ümid edir ki...

Gündəm / Cəmiyyət

12-08-2024, 18:35

Seçkilərdə Ceyhun Bayramovun kadrları: XİN-də idarə rəisi, Dövlət Agentliyinin direktor müavini, diplomat... - İLGİNC

Gündəm / Sosial

22-07-2024, 11:59

Elton Məmmədov, görün, hansı YAP-çı ilə mübarizə aparacaq… - Hər ikisi...

Cəmiyyət

6-08-2022, 01:40

Laçında həlak olan hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib

Cəmiyyət

6-08-2024, 14:53

Deputatların 74 faizi yenidən NAMİZƏDDİR

Gündəm / Ölkə

20-11-2023, 17:42

Vasif Talıbovun deputat mandatı ləğv edilə bilər - AÇIQLAMA

Gündəm / Cəmiyyət

21-08-2024, 15:18

Seçicilər deyirlər ki, Hicran Hüseynovanı onlar seçməyib -Bu cür namizədlərə görə xalq seçkiyə inanmır

Gündəm / Cəmiyyət

24-07-2024, 16:51

Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib - MAL-MÜLKÜNÜ GİZLƏDİB

Gündəm

5-08-2022, 16:36

Laçında şəhid olan əsgərlərdən biri Ağstafada, digəri Bakıda dəfn olunacaq

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Dünən, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Dünən, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Dünən, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Dünən, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Dünən, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Dünən, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Dünən, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:45
    Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • Dünən, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Dünən, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Dünən, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Dünən, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Dünən, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Dünən, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-10-2026, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • 25-10-2026, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • 25-10-2026, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • 25-10-2026, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • 25-10-2026, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • 25-10-2026, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə