• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -“gündüz şam işığında” tapılan şirkətlə...

Gündəm / Cəmiyyət

29-11-2024, 13:01

Bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir...

3 gün əvvəl mediada 35 şirkətin rəhbərinin həbsi ilə bağlı məlumat yayıldı. Məlum oldu ki,dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. F.Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub.

Bu olayı səbəbsiz xatırlatmadıq... Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir... Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir bazası, potensialı olmayan şirkətlər qalib elan edilir.

AQTA-nın “Uğur Tikinti” tapıntısı

Bu arada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daha bir tenderi yekunlaşdırıb. 21.11.2024-cü il tarixdə dövlətin bu təşkilatı “Uğur Tikinti”Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə AQTA Şamaxı şəhərində inzibati binasının tikintisi qarışılığında“Uğur Tikinti” MMC-nə 1.365.063 manat ödəməli olacaq.

Bölgədəki oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, tərəflər arasında müqavilə indi bağlansa da, tikinti işləri bir müddət əvvəldən başlayıb(?)


Məlumat üçün bildirək ki, AQTA-nın Dağlıq Şirvan Regional Bölməsinin Şamaxı şəhərində yerləşəcək inzibati binasının layihə-smeta sənədlərini “Creat Company” şirkəti 22 420 manat qarışılığında hazırlayıb. 750 m2 sahəni əhatə edəcək bina iki mərtəbəli olacaq.

Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi AQTA-nın heç də az olmayan dövlət vəsaitini etbar etdiyi “Uğur Tikinti” MMC ilə bağlıdır. Bu şirkətin nəinki vergi ödəyicisi kimi barəsində heç bir məlumat yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək “Uğur Tikinti”MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Qoşqar Təhməzli dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? AQTA-nın bu şirkəti “gündüz şam işığında” tapması hansı maraqlardan qaynaqlanır? Və s.

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir...

***

Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı AQTA-dan müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, AQTA-nın sədri cənab Qoşqar Təhməzliyə 7 sualdan ibarət online sorğu ünvanladıq... 9 gün əvvəl göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik. Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər.

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Səlahiyyət sahibləri də medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu bilməlidirlər.Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...(Yenixeber.org)

Mövzunun davamı olacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

6-09-2024, 16:35

Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olundu

Kriminal

13-06-2023, 15:43

Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib

Kriminal

14-11-2023, 12:38

Prokuror Aytac Əliyevaya 9 il cəza istədi

Hadisə

9-07-2024, 10:34

Filarmoniyadakı əməliyyatla bağlı rəsmi açıqlama - Həbs edilən var

Cəmiyyət / Sosial

5-07-2023, 10:30

“SOCAR-AQŞ”nin sabiq baş direktoru həbs edildi

Hərbi

7-02-2024, 17:58

Hərbi xidmətdən yayınma ilə bağlı saxta arayışlar hazırlayan şəxs ifşa edilib

Hadisə

9-09-2024, 13:00

Şöbə rəisi və həkimə cinayət işi açıldı - 126 minlik dələduzluq

Gündəm / Hadisə

3-05-2024, 11:22

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Gündəm / Cəmiyyət

12-09-2024, 18:26

Dövlətin vəsaitini mənimsəyən Rauf Qurbanov vəzifədən azad olunacaq….

Cəmiyyət

14-09-2024, 15:16

Vəfa Seyidova korrupsiya əməli törətsədə vəzifədə onu kim saxlayır?

Gündəm / Hadisə

13-08-2024, 15:54

Müdafiə Nazirliyindəki yeyintiyə görə daha bir zabit həbs edildi

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
Dünən, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Xəbər lenti
  • Bu gün, 13:07
    Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ
  • Bu gün, 12:46
    “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
  • Bu gün, 11:54
    Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb
  • Bu gün, 11:37
    Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
  • Bu gün, 11:11
    Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
  • Bu gün, 11:05
    Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
  • Bu gün, 10:36
    Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb
  • Bu gün, 10:23
    Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq
  • Bu gün, 09:52
    İyunda bu bürclərin yeni şansları olacaq
  • Bu gün, 09:18
    Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
  • Bu gün, 08:58
    Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Dünən, 17:00
    Sabah İmişli və Saatlı rayonları ilə Sabirabad şəhərinin qaz təminatında fasilə yaranacaq
  • Dünən, 16:30
    Bakıda və Abşeron yarımadasında hava yağışlı olacaq - PROQNOZ
  • Dünən, 16:00
    NYT: ABŞ ilə memorandum 25 milyard dollarlıq İran aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur
  • Dünən, 15:00
    Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub
  • Dünən, 14:30
    "Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
  • Dünən, 14:00
    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
  • Dünən, 13:00
    Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
  • Dünən, 12:30
    Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
  • Dünən, 12:00
    Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb
  • Dünən, 11:00
    Cəlilabadda 3,2 maqnitudalı zəlzələ baş verib
  • Dünən, 10:30
    Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb
  • Dünən, 10:00
    Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır
  • 23-05-2026, 17:11
    Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
  • 23-05-2026, 16:48
    Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb
  • 23-05-2026, 16:37
    Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
  • 23-05-2026, 16:04
    WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH
  • 23-05-2026, 15:26
    Məşhur aktyor çəkildiyi serialdan qovuldu
  • 23-05-2026, 14:50
    Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib
  • 23-05-2026, 14:14
    AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
  • 23-05-2026, 13:29
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • 23-05-2026, 12:02
    "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
  • 23-05-2026, 11:27
    Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
  • 23-05-2026, 10:54
     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
  • 23-05-2026, 10:15
    Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə