• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əbülfəz Babayevin 2 milyon 500 min manatını necə ələ keçiriblər?

Gündəm / Cəmiyyət

22-10-2024, 19:14

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə təqsirləndirilən- Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın məhkəmə prosesinin hazırlıq iclası baş tutub.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri hazırlıq iclasında iştirak etmədiyindən proses növbəti həftəyə kimi təxirə düşüb.

“ARB” kanalının binasına görə 100 min beh alınıb

İttiham aktına görə, həbs edilən edilən şəxslər təqsirləndirilirlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq ediblər.
Belə ki, başda Abbasov Əliyar Allahyar oğlu olmaqla dəstə üzvləri 2018-ci ilin yay aylarından etibarən Babayev Əbülfəz Əmirastan oğlunun xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər- arvad münasibətlərində olduğu Hüseynova Xəyalə Ehtiram qızı, bacısının əri Əzimov Ramal Vahid oğlu, tanışları Əzimov Asiman Zabil oğlu və Zeynallı Pərvin Muxtar oğlu ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər. Belə ki, Əliyar Abbasov əmlak satışında vasitəçilik etdiyi üçün 2018-ci ilin əvvəllərindən tanıdığı Əbülfəz Babayevə həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində fəaliyyət göstərən "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə ona göstərib. Sonra 3,5 milyon manata satmağa razılaşıb beh adı ilə Əbülfəz Babayevdən 100.000 manat pul alıblar. Bundan bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır və Əliyar Abbasovda bunu ondan gizlədib. Əliyar Abbasov isə ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxardıb onun mülkiyyətində verəcəyini vəd verib.

Atam "Hacı Allahyar"ın “Hacı Kamal” ilə Türkiyədə tikdirdiyi bina yarımçıq qalıb, pul lazımdır

Bir müddət sonra isə, guya əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu bildirib müxtəlif yalan vədlər verməklə uzun müddət ərzində Əbülfəz Babayevi bu vədlərə inandırmış, daha sonra 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu "Hacı Kamal" adlı şəxsə 3.900.000 manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını yalandan bildirib. Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100.000 manat və gələcəkdə verilən əlavə pulun qarşılığında qeyd olunan ünvanda tikilən çoxmərtəbəli yaşayış kompleksindən - 1000 kvadrat metr qeyri yaşayış və 450 kvadrat metr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirmək və həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib.

Xəyalə Hüseynova necə “Vəkil Bahar xanım” oldu

Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov qohumu (bacısının əri), əvvəllər məhkum olunmuş narkotik aludəçisi Ramal Əzimovu uydurma "Hacı Kamal" adı ilə guya vəfat etmiş atası Allahyar Abbasovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalının 50 faiz hissəsinin sahibi və tikinti layihəsində əsas söz sahibi olan şəxs kimi, heç bir fəaliyyət növü ilə məşğul olmayan və orta təhsilli Xəyalə Hüseynovanı uydurma "Vəkil Bahar xanım" adı ilə guya İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan və hüquqi məsələlərdə onlara kömək göstərən şəxs kimi, heç bir fəaliyyət növü ilə məşğul olmayan tanışı Asiman Əzimovu uydurma "Kərbəlayı Asiman" adı ilə guya Türkiyə-Azərbaycan Respublikaları arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər kimi Əbülfəz Babayevə təqdim edib. Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına nağd formada çatdırılması görüntüsü yaradıb. Bundan sonra Əliyar Abbasov Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə gedərək müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib xarici telefon operatorlarına məxsus mobil telefon nömrələri ilə votsap proqramı üzərindən Əbülfəz Babayevə məxsus mobil telfona göndəriblər. Hətta tikinti prosesinin davam etməsini nümayiş etdiriblər.

2 il ərzində hissə-hissə 2 milyon 500 min pul ələ keçirilir

Beləliklə dəstə üzvləri Bakının müxtəlif ünvanlarında Əliyar Abbasovdan Türkiyə Respublikasının İstanbul şəhərində tikinti üçün torpaq sahəsinin alınması adı ilə ümumilikdə 2 milyon 550 min 150 manat pulunu 2022-ci ilin əvvəlindən 02.05.2024-cü il tarixinə kimi xüsusi külli miqdarda pulunu ələ keçiriblər.

2 milyon 500 min manata alınan əmlakların siyahısı

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullar ilə özünün və yaxın qohum- tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar - Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binası və iri buynuzlu heyvan ferması, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi, Binəqədi rayonu, 9-cu MR, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil, Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə ha torpaq sahəsi, 10-XX-016 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı, 10-ZZ-016 dövlət qeydiyyat nişanlı "BMW" markalı, 41-ZZ-041 dövlət qeydiyyat nişanlı "Ford" markalı, 77-EY-777 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 99-AS-203 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 10-NX-016, 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər almış, pulunun bir hissəsini bacısı Arzu Əzimovaya iki mərtəbəli yaşayış evinin tikintisinə xərcləmişdir.

Zərərçəkən el arasında milyonçu kimi tanınan, şirkətlər qrupunun rəhbəri Əbülfəz Babayev olub

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev “Olympus şirkətlər qrupu”nun təsisiçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəəinin sahibi, həmçinin bir çox tikinti layihələrində təsis payı olan şəxsdir.

"Unikal"

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Kriminal

15-11-2023, 14:56

Fuad Camın cəzası azaldıldı

Gündəm / Cəmiyyət

13-03-2024, 18:08

Piramida üsulu ilə 10 minə yaxın şəxsi aldatmışdılar - Ağır cəza verildi

Kriminal

2-10-2023, 13:45

İkimilyonluq mənimsəmədə ittiham olunan qadının məhkəməsi başlayıb

Ölkə

2-10-2023, 11:39

2 milyonluq dələduzluq edən keçmiş polisə HÖKM OXUNDU

Kriminal

31-03-2024, 01:54

Gənc aktrisa külli miqdarda narkotik vasitə gəzdirdiyi üçün hakim qarşısında

Kriminal

23-11-2023, 16:54

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

Kriminal

3-10-2023, 19:39

Alimpaşa Məmmədovun məhkəmə prosesi təxirə salındı

Araşdırma

21-06-2022, 17:23

Əjdər Olun cəzası azaldıldı

Cəmiyyət

2-04-2024, 02:04

"Kamil Zeynallı şoumendir qaziləri mənim qapıma göndərirdi" MƏHKƏMƏ

Kriminal

25-09-2023, 11:20

Həbsdə olan sabiq hakiminin yenidən məhkəməsi başladı

Kriminal

18-10-2023, 18:32

Bakıda hipermarketə silahlı hücumla bağlı məhkəmədə təqsirləndirilən şəxslər ifadə veriblər - VİDEO

Hadisə

11-08-2022, 12:51

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə