• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -Ən passiv deputatın VARİDATI

Gündəm / Cəmiyyət

19-08-2024, 19:23


“Azərbaycanda ən passiv deputat, seçicilərin dərdlərini dinləməyən, onların problemlərinə laqeyd qalan millət vəkili kimdir?” müsabiqəsi keçirilərsə, yəqin ki, bu nominasiyada şəriksiz olaraq İmamverdi İsmayılov qalib gələrdi. Otuz ildir ki, millət vəkili olan bir şəxsin siyasi fəaliyyətinə bu qədər uyğun, mütənasib başqa qiyməti vermək mümkün deyil. İ.İsmayılov bu illər ərzində millət vəkili seçildiyi dairədən olan və məcburi köçkün həyatı yaşayan seçicilərinə qarşı biganəliyi ilə tanınan, mənfi keyfiyyətləri özündə əks etdirən deputat kimi yaddaşlarda qalıb.
İ.İsmayılov Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin bütün çağırışlarının deputatı olub.

İlk dəfə 1995-ci ildə millət vəkili seçilib. Daha sonra 2000-ci, 2005-ci, 2015 və 2020-ci illərdə keçirilən seçkilərin ardından parlamentə düşmək imkanı qazanıb.
İ.İsmayılov hər dəfə parlamentə keçirilən seçkilərdə eyni dairədən - Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilib. 2024-cü ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə də onun namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürülüb.
Seçicilər İsmayılovun üzünü yalnız seçki dövründə görürlər. O, hər seçki kampaniyasında adi, şablon görüşlər təşkil edir, seçicilərə “quru” vədlər verir.

İ.İsmayılov Milli Məclisin passiv deputatlarından biridir. Onun 30 ilə yaxın deputatlığı dövründə cəmi bir-iki dəfə danışdığına dair məlumat var. Parlamentin bütün iclaslarında cari məsələlərin, eləcə də qanun layihələrinin müzakirəsi zamanı İsmayılovun səsi eşidilmir, onun bir deputat kimi fəaliyyəti görünmür.

Davamlı deputat seçilən İsmayılov millət vəkili kimi ümidləri doğrultmamaqla yanaşı özünün və ailə üzvlərinin adı qanunverici orqanın üzvünə yaraşmayan davranışlarda hallanır. İsmayılovun millət vəkili imkanlarından istifadə edərək bahalı daşınmaz əmlaklara sahib olduğu, ailə üzvlərinin bu təminatdan faydalanaraq gizli biznes fəaliyyətini təşkil etdiyi bildirilir.
İsmayılovun adı, daha çox, biznes fəaliyyəti və qaranlıq işlərdə hallanır. Ayrı-ayrı vaxtlarda mediada yayılan məlumatlara əsasən, deputatın sahib olduğu daşınmaz əmlakın böyük hissəsi Sumqayıtda və yaxın rayonlardadır. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Quba rayonunda "Retro” adlı istirahət mərkəzinə sahib olduğu deyilir.

Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evinin olduğu haqqında da məlumatlar yayılıb.

İ.İsmayılov ailə üzvlərinin vasitəsilə avtomobil və nömrə satışı biznesi ilə də məşğul olur. İ.İsmayılovun bu biznesini oğlu İlkin İsmayılov idarə edir.
Yeri gəlmişkən qeyd edək ki, oğul İsmayılovun adı qalmaqallı qətl işinə də qarışıb. Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.

Bu kimi faktlara görə İ.İsmayılovun 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputat seçilmək imkanları sual altında idi, amma İ.İsmayılov haqqında formalaşan neqativ fikirlərə baxmayaraq, millət vəkili seçildi.
O, yenidən namizəddir. İ.İsmayılovun bu dəfə də seçiləcəyi təqdirdə bir deputata yaraşan şəkildə fəaliyyət göstərəcəyi inandırıcı deyil. Gərək bir deputat öz üzərinə düşən vəzifələri layiqi ilə yerinə yetirə, malik olduğu səlahiyyətlərdən düzgün istifadə edə...

Deputat, xalqın nümayəndəsidir, o, seçildiyi dairədən Milli Məclisə göndərilən elçidir. Deputatların əsas işi qanunvericilik prosesində iştirak etmək, qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq, seçildiyi bölgənin və ölkənin parlamentdə maraqlarını müdafiə etməkdir. İ.İsmayılovun əvvəlki deputat fəaliyyətində bu əlamətlərin heç biri görünmədi. Yəqin ki, bu seçkidə seçicilər bu nüansları nəzərə alacaq.(sfera.az)


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

14-08-2024, 18:42

Həsənovların sahib olduğu oteldə qanlı olay….- Sərxan Babayevlə Malik Həsənov daha hansı biznes ortağıdır?

Gündəm / Cəmiyyət

27-07-2024, 15:44

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu?-Yenidən namizəd olsada ona səs veməyəcəklər….. -VİDEO

Gündəm / Cəmiyyət

7-08-2024, 11:44

Sərvəti göz qamaşdıran 29 ilin DEPUTATI: Bahalı avtomobillər həvəskarı İmamverdi İsmayılovun biznesi - FAKTLAR

Gündəm / Cəmiyyət

15-08-2024, 10:33

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - İLGİNC FAKTLAR

---

19-08-2024, 08:58

Azər Badamovun ARXASINDAKI DAĞ: O `dağlara` çoxdan qar yağıb... - Seçicilərsə ümid edir ki...

Gündəm

29-09-2023, 09:12

Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

Gündəm / Cəmiyyət

26-12-2023, 19:39

Prezidentliyə namizədliyini irəli sürənlər - Siyahı

Gündəm / Cəmiyyət

16-08-2024, 09:25

Şahin İsmayılov kimdir?- Seçicilər tanımadı……

Gündəm / Sosial

22-07-2024, 11:59

Elton Məmmədov, görün, hansı YAP-çı ilə mübarizə aparacaq… - Hər ikisi...

Gündəm

28-09-2023, 21:34

Qənirə Paşayeva vəfat etdi

Cəmiyyət

13-08-2024, 13:52

Ağalar Vəliyev Xaçmazdan SƏS GÖZLƏMƏSİN... - ÇÜNKİ...

Bölgə / Ölkə

17-07-2023, 13:37

Daşkəsən camaatı ƏLİÇIRAQLI ONU AXTARIR...

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
Hadisə
Bu gün, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
Dünən, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Dünən, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Xəbər lenti
  • Bu gün, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Bu gün, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Bu gün, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Bu gün, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Bu gün, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Bu gün, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Bu gün, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Bu gün, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Bu gün, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Bu gün, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Bu gün, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Bu gün, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • Dünən, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • Dünən, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • Dünən, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Dünən, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
  • Dünən, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Dünən, 17:55
    “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
  • Dünən, 17:28
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Dünən, 17:00
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:45
    GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!
  • Dünən, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 16:29
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
  • Dünən, 16:11
    Maştağada 20-dən çox itin saxlandığı həyətdən şikayət: Sakinlər antisanitariya və dözülməz qoxudan narazıdır
  • Dünən, 16:00
    “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət
  • Dünən, 15:18
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:10
    Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • Dünən, 14:50
    Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Dünən, 14:39
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 14:20
    Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  • Dünən, 12:48
    KTN-də qalmaqallı təyinata hazırlıq - Çərkəz Şirinov rəis təyin edilir
  • Dünən, 12:36
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
  • Dünən, 12:21
    Pərviz Abubəkir Səhiyyə Nazirliyindən gedir?
  • Dünən, 11:46
    Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə