• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Trampın Bakıdakı keçmiş ortağının SEÇKİ PLANLARI… – İLGİNC FAKTLAR

Gündəm / Siyasət

13-07-2024, 16:27

Iş adamı Anar Məmmədov deputat olmaq istəyir. Sabiq nəqliyyat nazirinin qalmaqallar çempionu olan oğlu Azərbaycan parlamentində oturmaq və imicini ‘’sil başdan’’ yeniləmək istəyir. İddialara görə, bu məqsədlə Ziya Məmmədov əlaqələrini işə salaraq, əli çatan instansiyalara xahişdə bulunub. Sadəcə, Məmmədovlar klanının bu planını zədələyən amil Anar Məmmədovla bağlı xarici mediada qəflətən ortaya çıxan məlumatlardır. Bu kampaniya imic təzələməyə hazırlaşan Anar Məmmədovun və bütövlükdə klanın planlarını suya gömə bilər.

Öncə həmin məlumatları xatırlayaq. ABŞ-a məxsus olan Azadlıq Radiosu qəflətən azərbaycanlı iş adamı ilə bağlı sensasion syıla biləcək materiallar dərc etməyə başladı. Həmin materiallar görə, “…Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Anar Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxıb. KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznesinin bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir”.

Materialda daha sonra vurğulanır: “Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.

Ancaq Azadlıq Radiosunun araşdırması A. Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb”.

Daha sonra materialda bu məqamlar əks olunub: ‘A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı “Yum! Brands” ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.

Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. “Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür”, – ata Məmmədov AzadlıqRadiosuna belə deyib.

Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq “Çox sağ olun, salamat qalın. Sağ olun!” deyərək dəstəyi asıb.

A.Məmmədovun İngiltərədəki KFC portfoliosuna indi, azı, 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə şirkətinə aiddir.

Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun “Amber Restaurants Limited”, “BJR Foods Limited” və “Colonel Foods Limited” adlı bu üç törəmə şirkətdən burada, azı, 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir.

Ən son maliyyə hesabatlarına görə, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.

Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi “1st Rate Investments Limited” adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir.

Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb’’.

Musavat.com xatırladır ki, Anar Məmmədov Azərbaycan mediasının məşhur personajlarındandır. Bir zamanlar o, ayı əti yeməsi iddiası ilə aylarla gündəmdə olub. (Qəbələdə restoranların birinin həyətində saxlanan ayını böyük məbləğdə pul ödəyərək, kəsdirmiş, ətindən kabab bişirtdirərək, dostları ilə yemişdi – Red.)

“Yeni Müsavat” qəzeti də daxil olmaqla, bu iddia barədə yazan yerli medianı məhkəmələrə cəlb etmişdi.

Həmin zamanlar da Anar Məmmədov imicini dəyişmək üçün lobbiçilik fəaliyyətinə girişmişdi. Atası, ölkənin məşhur korrupsioneri Ziya Məmmədovun vəsaitləri hesabına ABŞ senatorları ilə münasibət quraraq, təm-təraqlı toplantılar keçirdir, onlarla birlikdə fotoları paylaşır, Azərbaycan dövləti üçün mühüm işlər gördüyü görüntüsü yaradırdı.

Paralel olaraq Azərbaycan mediasında ödənişli şərtlərlə reklam materiaları dərc olunurdu. Donald Tramp ABŞ prezidenti seçiləndən sonra daha da fəallaşan Anar Məmmədov Azərbaycan mediası vasitəsi ilə belə bir rəy yaratmağa başladı ki, Amerikanın yeni prezidenti onun və ailəsinin iş ortağıdır, yaxın münasibətləri var və dünyanın ən güclü ölkəsinin rəhbəri onun arxasında olacaq. Bakıda indiki The Ritz-Carlton Baku adlandırılan hotel o zamanlar Trump Tower Baku adlanırdı və Ziya Məmmədovun hesab olunurdu. Məmmədovlar klanı doğrudan da hələ prezident olmamışdan əvvəl Trampla əlaqə yaradaraq, onun marka adını bu binaya alaraq, gələcək ABŞ prezidentini özlərinə şərik edə bilmişdilər. Hətta bir ara Trampın milyarder iş adamı olaraq, Bakıya gələcəyi söz-söhbəti də yayılmışdı.

Lakin ‘’çoxbilmiş quş dimdiyindən tora düşər’’, deyib atalarımız. Məmmədovlar Trampla əlaqələrini o qədər görməmişcə və hay-küylü reklam etdilər ki, onlara arxa duracaq ortaqlarının iqtidarı dönəmində az qala hər şeylərini qeyb etdilər. Yenicə nazir postunu itirən Ziya Məmmədov az qala azadlığını da itirəcəkdi. Trump Tower Baku onun və çox güvəndiyi Trampın əlindən çıxdı, Anar Məmmədov ölkədən köçdü və uzunmüddətli sükuta qərq oldu. Son KFC – toyuq qızartması olayı olmasa idi, onu bir də deputatlığa namizəd olması barədə məlumatla xatırlayacaqdıq.

İndi isə onun və Məmmədovlar klanının vəzifəsi daha da çətinləşib. Ölkə gündəminə skandal məlumatlarla ‘’qayıdan’’birini necə deputatlığa namizəd edəsən.

Bu problem aşa bilsələr, üstəlik, Ziya Məmmədovun əlaqələri bu istiqamətdə işə yarayan nəticələr versə, Anar Məmədovu yaxın günlərdə Azərbaycan Milli Məclisinə seçkilərdə deputatlığa namizəd kimi görəcəyik.

Bir məsələni də qeyd edək. Tramp yenidən qaydır. Məmmədovlar klanının Azərbaycanda təkrar fəallaşmasının əsas stimulu bu da ola bilər.

Ortaqları yenidən başlarına bəla olmasın…

Musavat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

10-07-2024, 17:42

Anar Məmmədovun Britaniyada milyonlarla dəyəri olan sərvəti - Faktlar

Gündəm / Ölkə

6-09-2023, 17:30

Keçmiş nazir oğlunun alveri `XOD GEDİR`... - FOTO

Siyasət

29-12-2022, 17:55

Ziya Məmmədov: “Məndən əl çəksinlər”

Araşdırma

25-12-2022, 00:51

Anar Məmmədovun 85 milyonluq biznesi – SƏNƏD

Hadisə

10-09-2022, 19:20

Sumqayıtda 41 yaşlı kişi qonşularını yandırdı

Gündəm / Cəmiyyət

6-07-2024, 16:02

“SOCAR”-ın mühafizə rəisi işçilərində “SOS” uşaq kəndi üçün pul yığır?

Cəmiyyət / Olay

21-07-2023, 10:48

Eldar Mahmudovun övladlarına qarşı məhkəmə başladı

Sosial / Olay

28-08-2023, 10:39

Ziya Məmmədovun oğlunun Londanda dodaquçuqladan qiymətə olan mənzili... - FOTO

Cəmiyyət / Sosial

1-09-2023, 15:14

Sabiq nazir oğlunun Bakıdakı obyektləri... - FOTO

İdman

20-08-2022, 20:40

İslamiadanın azərbaycanlı qalibinin əli və burnu sınıb - FOTO

Gündəm

5-09-2023, 11:18

Sabiq məmurlarla bağlı ŞOK İDDİA

Cəmiyyət

2-07-2024, 21:47

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur - Ortaqlardan biri aşpaz bloger, digəri...

Araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Hadisə
Dünən, 14:40
Kəlbəcərdə mina partlayışı olub
8-07-2026, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
7-07-2026, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:20
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
6-07-2026, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Xəbər lenti
  • Dünən, 19:00
    CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
  • Dünən, 18:30
    “İran-ABŞ atəşkəsi qüvvədə qala bilər”
  • Dünən, 18:19
    Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib
  • Dünən, 18:09
    Şahmatçılarımız Olimpiadaya bu heyətlə gedəcək - Kapitan Teymur Rəcəbovdur
  • Dünən, 17:49
    Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:19
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
  • Dünən, 16:38
    “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
  • Dünən, 16:32
    “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
  • Dünən, 16:21
    İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib
  • Dünən, 16:08
    Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
  • Dünən, 15:54
    Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir
  • Dünən, 15:31
    Nizami rayonunda bu da oldu - Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir
  • Dünən, 15:03
    NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH
  • Dünən, 14:46
    Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi - Salyandakı təqdimatın pərdəarxası nədir?
  • Dünən, 14:40
    Kəlbəcərdə mina partlayışı olub
  • Dünən, 12:58
    Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR
  • Dünən, 12:47
    Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
  • Dünən, 12:40
    Bravo Hipermarketindəki McDonald’s-da biabırçılıq… – VİDEO
  • Dünən, 12:15
    Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
  • Dünən, 11:53
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • Dünən, 11:33
    Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son qəbul edilib
  • Dünən, 11:17
    Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
  • Dünən, 10:51
    IV Şuşa Qlobal Media Forumu keçiriləcək
  • Dünən, 10:40
    Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir
  • Dünən, 10:05
    BİZİM TƏQVİM: 10 iyulda baş vermiş tarixi hadisələr
  • Dünən, 09:31
    “Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
  • Dünən, 09:19
    Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
  • 9-07-2026, 19:00
    Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
  • 9-07-2026, 18:45
    "Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib
  • 9-07-2026, 18:23
    Sabah Bakı, Saatlı və Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq
  • 9-07-2026, 18:17
    Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
  • 9-07-2026, 16:59
    İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
  • 9-07-2026, 16:30
    Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək
  • 9-07-2026, 16:11
    Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)
  • 9-07-2026, 15:43
    Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə