• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Münhen Konfransı nələrlə yadda qaldı... - Navalnı, Əliyev-Paşinyan görüşü...

Gündəm / Siyasət

19-02-2024, 17:23

Münhen bu günlərdə dünyanın diqqət mərkəzində idi. Münhen Təhlükəsizlik Konfransı 60 illik yubileyində fəaliyyətə başladı. Diplomatiya və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün dünya liderləri Almaniyanın bu şəhərinə toplaşmışdılar. Fevralın 16-18-də "Bayerischer Hof" mehmanxanasında davam edən konfransda Ukrayna, Yaxın Şərq, ABŞ-Çin münasibətləri və s. mövzular diqqətdə idi.

Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnının müəmmalı ölümü konfransa damğasını vuran hadisəyə - mərhum siyasətçinin həyat yoldaşı Yuliya Navalnayanın çıxışına rəvac verdi. Yaddaqalan və cəsarətli çıxışı ilə xanım Navalnaya meydan oxudu. Konfransda iştirak edən Qərb liderləri Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bəyan etdilər.

Üstəlik, Putinin məsuliyyət daşıdığını ifadə edən Qərb liderlərinin əlində real və birbaşa təsir imkanların məhdudluğu azmış kimi, ABŞ və Avropa arasında Trampın və Respublikaçıların "xidmətləri sayəsində" son vaxtlar yaranmış soyuqluq Avropa liderlərini öz təhlükəsizliklərini ABŞ-a ümid olan avtonom qaydada təmin etməyə yönəltdiyi şəraitdə bu hadisənin baş verməsi prosesi daha da mürəkkəbləşdirdi.

Münhen Konfransı nələrlə yadda qaldı... - Navalnı, Əliyev-Paşinyan görüşü...

Ukraynanın Avdiyevkadan geri çəkilməsi və Rusiya qoşunlarının nəzarəti ələ keçirməsindən daha çox konfransda Navalnının ölümü müzakirə olundu. Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında cəbhədəki vəziyyətin ağırlığından nə qədər danışsa da, Qərbdən gələn dəstəyin artaraq davam edəcəyi mesajı müəyyən qədər optimist proqnozlara imkan verir.

Bununla yanaşı, konfransda Pekini təmsil edən Çin XİN başçısı Van İ ölkəsinin Rusiya ilə əlaqələrini sərt şəkildə müdafiə etdi və Qərbə Çinin Tayvanla bağlı qırmızı xətlərini keçməməsi barədə ultimatum verdi. Onun ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə də əsas mövzu Tayvan olub. Van İ Fələstinlə İsrail arasındakı hadisələrdən də danışıb və növbətçi bəyanatlar verib.

ABŞ dövlət katibi Blinken konfransda Vaşinqtonun İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyata “sarsılmaz dəstəyini” təkrarlayıb. Böyük Britaniyanın XİN başçısı Devid Kameron bildirib ki, Fələstin ərazilərinin bərpasının maliyyələşdirilməsinə kömək edən Avropa, ərəb və körfəz ölkələrindən olan rəsmilər potensial atəşkəsdən sonra İsrail və Fələstin xalqının gələcəyini müzakirə etmək üçün bir araya gələcəklər.

İsrail Qəzzada sonuncu nisbətən təhlükəsiz yer olan Rəfaha hücumunu davam etdirməmək üçün təzyiqlə üzləşir. Lakin İsrailin xarici işlər naziri İsrael Katz Münhendə jurnalistlərə bildirib ki, HƏMAS-ı orada tərk edə bilməyəcəkləri üçün başqa seçim yoxdur. Rəfahdakı qaçqınların hara gedəcəklərini soruşduqda Qəzzanın ikinci böyük şəhəri Xan Yunisi göstərib. O, qaçqınlar məsələsində qonşu Misirlə koordinasiya aparılacağını açıqlayıb.

Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdan olan liderlər də iştirak edirdilər. Azərbaycan və Gürcüstan Prezidentləri İlham Əliyev və Salome Zurabişvili, Ermənistan Baş naziri Nikol Paşinyan konfransda idilər. Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü də məhz Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutdu.

Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutan görüşdə Şolts Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

Paşinyan-Əliyev görüşündə isə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.(Modern)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

17-02-2024, 14:40

Navalnı öldü, məni xilas edin - Saakaşvili

Gündəm / Siyasət

16-02-2024, 13:25

Münhendə Əliyev Paşinyanla GÖRÜŞƏCƏK?..

Gündəm / Cəmiyyət

16-02-2024, 10:58

Türkiyəni Münhen Təhlükəsizlik Konfransında o təmsil edəcək

Gündəm / Siyasət

17-02-2024, 23:43

Əliyevin Paşinyanla görüşü: Makron “ofsaytda” qaldı

Gündəm / Siyasət

16-02-2024, 19:25

Basso müraciət etdi, Əliyev onunla görüşdü

Gündəm / Cəmiyyət

18-02-2024, 00:51

Əliyevin görüşləri erməniləri dəli etdi, əxlaqsızlığa başladılar

Gündəm / Cəmiyyət

17-02-2024, 17:13

Müxalifətdən hökumətin yeni tərkibinə reaksiya: Yaxın aylarda nazirlər...

Dünya

8-08-2022, 21:40

Paşinyan Putinə zəng etdi

Gündəm

24-02-2023, 18:31

İsrailli sabiq nazir Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin açarı adlandırıb

Dünya

6-01-2023, 01:53

Zelenski Putinin atəşkəs əmrinə reaksiya verdi

Dünya

6-01-2023, 00:08

Baydendən Putinin atəşkəs qərarına reaksiya

Dünya

27-07-2022, 21:19

Ərdoğan və Putin görüşü: Tərəflər hansı məsələləri müzakirə edəcəklər? (ŞƏRH)

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə