Sizin reklam burada 728×90
Son dəqiqə

Bu il Cəbrayıla köç olacaq: 33 yaşayış binası tikilir - Video

25.01.2024 13:00 615 1 dəq oxunur
Bu il Cəbrayıla köç olacaq: 33 yaşayış binası tikilir - Video
Bu il Cəbrayıla köç olacaq: 33 yaşayış binası tikilir - Video

Bu il Cəbrayıl şəhərinə köç olacaq.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.

Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az