• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... - Milyonları və estafeti övladlarına ötürüblər

Gündəm / Olay

28-11-2023, 10:56

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov əsasən doğulduğu Ucar rayonundakı villasında yaşayır, özünün dediyinə görə təsərrüfatla məşğul olur, ibadət edir...
Oğlu Anar Məmmədovun daimi yaşayış yeri isə Böyük Britanyanın paytaxtıdır. Bununla belə, ABŞ-da da işgüzar əlaqələri var. Mediada yayılan xəbərlərə görə restoran və əmlak sahəsində bizneslə məşğul olur.
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılaraq həbs olunub Səbail məhkəməsi onun barəsində 26 may 2022-ci ildə həbs qərarını dəyişib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib. Hazırda şərti məhkumluğu davam edir.
Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hazırda “Qərb” Universitetinin təsisçisidir, onun ailə üzvlərinin Avropa paytaxtlarında, Türkiyədə şirkətləri olduğu bildirilir. Bununla bərabər yerli mediada Bakıda və Azərbaycanın Şimal bölgələrində də onun daşınmaz əmlakı, biznes obyektlərinin olması barədə yazılıb.


Ləğv edilmiş Milli Təhlükəszilik Nazirliyinə 10 ilə yaxın rəhbərlik etmiş Eldar Mahmudov 2015-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra bir müddət istintaqa cəlb olunub. Hazırda Bakıda yaşayır və ictimai yerlərdə az-az görünür. Sonuncu dəfə Milli Qərhrəman Riad Əmədovla vida mərasimində kameralara tuş gəlib. Eldar Mahmudovun vaxtı ilə nəzarət etdiyi böyük biznes sahələrinin bir qismi ayaqdadır, onun oğlu Anar Mahmudov isə Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkə11 illik nazir vəzifəsindən çıxarıldıqdan sontlərə rəhbərlik edir.
11 illik nazir vəzifəsindən çıxarıldıqdan sonra həbsdən güc-bəla ilə yaxa qurtarmış keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA Prezidentinin müşaviri postunu tutur. Eks-nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov özü Bakıda, övladları isə ABŞ-da yaşayır. Nazir son vaxtlar xarici siyasət məsələləri ilə bağlı yerli mediaya tez-tez şərhlər verir.
Nazirlər Kabinetinin keçmiş sədrləri və məşhur müavinləri hazırda təqaüddədirlər. Onlardan Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov paytaxtda böyük biznesə və daşınmaz əmlaka sahibdir. Onun oğlu İsrafil Abutalıbov isə Türkiyənin ən məşhur otel şəbəkələrindən olan “Ajva”nı idarə edir.

“Qaçqınkom”un keçmiş sədri Əli Həsənov da təqaüdçü həyatı yaşayır. O, nəvəsi Nail Allahverdiyevin törətdiyi cinayət olayı ilə gündəmə gəlsə də bir müddət sonra “unuduldu”. İki nəfərin ölümünə bais olmuş Allahverdiyev isə qısa müddət sonra həbsdən azadlığa buraxıldı.
Oliqarxlardan Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov hazırda Baş nazir Əli Əsədovun müşaviridir. Onun bu vəzifəni yerinə yetirib-yetirmədiyi, işə gəlib-gəlmədiyi məlum deyil. O, yerli medianın gündəminə nikahdan kənar övlad sahibi olması ilə bağlı gəlsə də keçmiş baş bankir iddialara münasibət bildirməyib. Qeyd edək ki, Rüstəmovun övladı Süsən Rüstəmova Britaniya paytaxtında, bir sıra Avropa ölkələrində iri biznesə sahibdir. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları “Gyunel Limited” in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır.

Keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun da sorağı ölkə xaricindən gəlir. Onun övladı Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir. Bir neçə il əvvəl o, 2 milyon dollara daşınmaz əmlak alması ilə gündəmə gəlmişdi.

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbsdə, onun həyat yoldaşı Zamirə Hacıyeva isə mənbəyini izah edə bilmədiyi sərvətlərə görə hələ də məhkəmə çəkişməsindədir. Z. Hacıyeva Britaniya paytaxında dəbdəbəli villalara sahibdir, araşdırmaçı jurnalistlər onun dəyəri on milyonlarla ölçülən sərvətindən, alış-verişindən bəhs edirlər. 2018-ci ildə İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi onun 40 milyon manata yaxın dəyəri olan zinət əşyalarına həbs qoyub...
Beləliklə, vaxtı ilə Azərbaycanın sərvətləri hesabına milyarderə çevrilmiş məmurların bu gün də dəbdəbəli həyat tərzinə malik olduğunu görürük. Hətta həbsdə olanların belə, böyük sərvətə malik olduğu şübhə doğurmur. İndi bu adamlar əsas etibarilə estafeti və məlum yollarla ələ keçirdikləri sərvəti övladlarına ötürməklə məşğuldurlar...

(“AzPolitika.info”)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-08-2022, 14:14

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Cəmiyyət

16-08-2023, 19:24

Səlim Müslümovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Cəmiyyət

5-09-2022, 16:30

Mən nazir kimi səhlənkarlıq etmişəm - Səlim Müslümov

Hadisə

8-08-2022, 15:53

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub - EKSKLÜZİV

Hadisə

15-08-2022, 17:14

Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İTTİHAM AKTI

Kriminal

26-09-2023, 20:09

Prokuror keçmiş icra başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Hadisə

8-08-2022, 15:29

Səlim Müslümovun məhkəməsi başlayıb

Kriminal

3-10-2023, 19:39

Alimpaşa Məmmədovun məhkəmə prosesi təxirə salındı

Araşdırma

21-06-2022, 17:23

Əjdər Olun cəzası azaldıldı

Araşdırma

29-08-2023, 18:11

Nazirliyin keçmiş idarə rəisi həbs edildi - FOTO

Kriminal

6-09-2023, 12:49

Səlim Müslümovun məhkəməsi təxirə salınıb

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Xəbər lenti
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
  • Dünən, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Dünən, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Dünən, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Dünən, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Dünən, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • 17-10-2026, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • 17-10-2026, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • 17-10-2026, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • 17-10-2026, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • 17-10-2026, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • 17-10-2026, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • 17-10-2026, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • 17-10-2026, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • 17-10-2026, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • 17-10-2026, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • 17-10-2026, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • 17-10-2026, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • 17-10-2026, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • 17-10-2026, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • 17-10-2026, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • 17-10-2026, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • 17-10-2026, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • 16-10-2026, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə