• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bu gün erməni xalqı seçim etməlidir

Dünya

16-07-2022, 19:59

“Bu günlərdə İrəvanda yenidən əsl tarixləri haqqında düşünməli olublar. Yenə də Azərbaycanın sayəsində”.

bakunews.az report-a istinadən xəbər veri ki, bunu politoloq Fuad Axundov deyib.

O xatırladıb ki, iyulun 5-də Bakıda İrəvanın tarixi mərkəzindəki Təpəbaşı məhəlləsinin taleyindən bəhs edən sənədli film və kitabın təqdimatı keçirilib:

“Ermənistanın paytaxtındakı digər 2 000 toponim və hidronim kimi, bu məhəllənin adı da dəyişdirilərək ermənicə “Kond” adlandırılıb. Azərbaycanın bir sıra elm və ictimaiyyət xadimləri Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni-tarixi irsinin dağıdılması prosesi ilə əlaqədar UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar”.

“Bununla əlaqədar Ermənistanda isteriya yaranıb. Əslində, bu, güclü dejavü hissi yaradır, çünki eyni şəkildə Bakı şəhərində Şuşa, Ağdam, Füzuli şəhərlərinin tarixini xatırladanda da İrəvanda qəzəblənirdilər... Amma indi bütün dünya Livan dövlətinin ərazisi qədər olan bu və digər şəhər və kəndlərə nələr edildiyini görüb.

Buna görə də erməni isteblişmentinin həm Təpəbaşı məhəlləsində aparılan tikinti işlərinə, həm də məhəllənin azərbaycanlılar tərəfindən öyrənilməsinə reaksiyası mahiyyətcə siyasi adekvatlıqla bağlı sınaqdır”, - F.Axundov bəyan edib.

Politoloq qeyd edib ki, erməni millətçilərin fikrincə, İrəvanın tarixi Roma şəhərindən də qədimdir:

“Amma şəhərin panoraması sovet dönəminin memarlıq xüsusiyyətinə malikdir. Hər birimiz bilirik ki, Cənubi Qafqazın “sovetləşdirilməsi”ndən əvvəl onun yerində, yəni Ermənistanın indiki paytaxtının – Azərbaycanın tarixi İrəvan şəhərinin tarixi hissəsində İrəvan qalası yerləşirdi. Bu barədə dəfələrlə danışmışıq. Amma bütün tarixi tikililər qəsdən və sistemli şəkildə dağıdılıb”.

Ekspert əlavə edib ki, Ermənistan hakimiyyəti tərəfindən “Kond” adına dəyişdirilən, qədim İrəvanın son guşəsi olan Təpəbaşı məhəlləsi barbarlıqla həyata keçirilmiş “yenidənqurma” və “abadlıq” işlərindən sonra belə salamat qalıb:

“Amma indi artıq ona da çatıblar. Belə ki, burada tikinti işlərinə start verilib. Bu, qədim İrəvanın son guşəsini məhv edəcək”.

“İndisə yaxın keçmişdə baş vermiş hadisələri xatırlayaq. 2011-ci ildə İrəvan qalasının 500 illiyi qeyd olunmuşdu. Bu tədbir zamanı Ermənistan tərəfinə bir sual ünvanlamışdım: orta əsrlərə aid İrəvan haradadır? Məsələn, Bakıda və Tbilisidə İçərişəhər və Narınqala kimi tarixi mərkəzlər, qalalar var”, - F.Axundov bildirib. Amma o, bu suala indiyədək cavab verilmədiyini əlavə edib.

Onun sözlərinə görə, əvəzində, qara lətifələrdə olduğu kimi, bir neçə həftədən sonra İrəvanda şəhərin qədim hissəsinin “yenidən qurulması” ilə bağlı bəyanat verildi:

“Onlar xüsusi proqram qəbul etdilər. Bu proqram 19-cu və 20-ci əsrin əvvəllərinə aid evləri kiçik bir ərazidə yığmaq məqsədi daşıyırdı. Onlar İrəvanda Türkmənçay müqaviləsindən daha qədim tarixə malik, müsəlmanlara aid olmayan tarixi tikili belə tapmağa cəhd göstərmədilər. Tarixi mərkəzin və “qədim şəhərin” bərpasına kömək etməklə, köhnə planlar, xəritələr, fotoşəkillər təqdim etməklə bağlı təklifimə İrəvanda acı və istehzalı cavab vermişdilər. Bu layihə elə sənəd üzərində qaldı”.

F.Axundov vurğulayıb ki, indi Ermənistanın tarixi şansı var:

“Bakıda Təpəbaşı ilə bağlı araşdırma təqdim edilməklə əslində, Ermənistan hakimiyyətinə tarixi şans verildi. Yəni, onlara xatırladılıb ki, Ermənistanın paytaxtında hələ də köhnə şəhərin bir parçası – “Kond” adlandırılan Təpəbaşı məhəlləsi, XVII-XVIII əsrlərə aid evlər, daha doğrusu, onların qalıqları, məscidlərin salamat qalan hissələri, hamamlar var...”.

“Əlbəttə ki, burada artıq “Şərqin füsünkarlığı” yoxdur. Ənənəvi memarlıq Ermənistan hakimiyyətinin “kreativliyi” nəticəsində ciddi şəkildə korlanıb. Burada hündürmərtəbəli binaların damlarında “naxalstroy” üslubunda bütöv küçələr belə salıblar. Amma köhnə şəhərin bu qalığını bərpa etmək mümkündür. Hətta onun turistlər üçün də cəlbedici etmək olar.

Üstəlik, bu məhəllə, adından da göründüyü kimi, təpənin üstündə yerləşir və buradan İrəvana gözəl mənzərəsi açılır. Əgər İrəvan şəhərinin rəhbərliyi köhnə şəhəri xatırladan bir məkana sahib olmaq istəyirsə, bu, Təpəbaşı məhəlləsidir. Amma bunun üçün kiçik bir şey lazımdır: paytaxtlarının əsl tarixini qəbul etməlidirlər. Bundan başqa, onlar Azərbaycanın mədəni irsinə qarşı “mağara nifrəti”ndən qurtulmalıdırlar.

Belə bir vəziyyətdə Ermənistan üçün Təpəbaşı məhəlləsinin tarixinin azərbaycanlılar tərəfindən tədqiqi, əslində, keçmişə münasibət yox, gələcəyin seçiminə çevrilir. Əgər həqiqətən də İrəvanda köhnə şəhər yaratmaq istəyirlərsə, azərbaycanlıların araşdırmaları - tarixi fotoşəkillər, köhnə xəritələr, planlar və sair ilə - şəhərin rəhbərliyi üçün qiymətli materialdır. Yox, əgər Ermənistan Təpəbaşı məhəlləsində “tikinti işləri”ni davam etdirərsə, o, mağara təfəkkürlü azərbaycanofobiyadan qurtulmaq üçün bu tarixi şans əldən verəcək”, - politoloq bildirib.

O, şəhərlərin böyüyərək inkişaf etdiyini söyləyib:

“Lakin onların qədim memarlığı qorunur. Üstəlik, şəhərin tarixi mərkəzi toxunulmaz saxlanılmağa çalışılır. Hətta bu hissə mübahisəli tarixi hadisələrə şahidlik etsə belə. Məsələn, ABŞ-da Nyu-Meksiko ştatı var. ABŞ bu ərazi uğrunda Meksika ilə müharibə aparmışdı.

Orada Santa-Fe şəhəri var. Amerikalılar bu şəhərdə köhnə Meksika memarlığının qorunmasına böyük səy göstərirlər. Yaxud postsovet ölkələrindən olan turistlərin sevimli istiqaməti olan Bodrumu misal göstərək. Burada səlibçilər tərəfindən tikilmiş Müqəddəs Pyotr qalası var. Onun tikintisi üçün səlibçilər dünyanın yeddi möcüzəsindən biri olan Mavsol və Artemisiya məqbərəsini dağıdıblar. Amma nə Osmanlı imperiyası dövründə, nə də sonralar Türkiyə Cümhuriyyətində bu qalanı “kiçiltmək” heç kimin ağlına gəlməyib.

Qüdsü də misal göstərmək olar. Onun tarixi divarları Yaxın Şərq regionunun Osmanlı imperiyasının tərkibində olan zaman tikilib. Amma mənfi nümunələr də var: Əfqanıstanda Budda heykəllərinin güllələnməsi, Palmiranın partladılması, alman təcavüzkarlar tərəfindən Varşavanın dağıdılması. İndisə Təpəbaşı məhəlləsinin dar küçələrindəki erməni xalqı hansı düşərgədə olmaları ilə bağlı seçim etməli olacaq”.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

5-07-2022, 13:05

İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb

Cəmiyyət

13-07-2022, 19:38

İrəvan sakini: “Ermənilər Novruzda Azərbaycan ailələrinin oğlan uşaqlarını öldürürdülər”

Mədəniyyət

13-08-2022, 20:33

Şuşanın talanması və təhsil ocaqlarının dağıdılması barədə sənədli film çəkilir

Siyasət

9-08-2022, 13:23

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

Siyasət

24-08-2022, 17:18

Tokayev Əliyevə: "Güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib"

Siyasət

4-08-2022, 19:19

Azay Quliyev: "Mirzoyanın səfirlərlə görüşdə söylədiyi yalanlara heç bir ciddi diplomat inanmaz"

Gündəm

16-08-2022, 12:15

Azərbaycan gec-tez haqqını alacaq - Verdyan

Siyasət

29-07-2022, 18:10

“Ermənistan Zəngəzuru da itirəcək!..” - Kapitulyant üçün kritik gözlənti

Dünya

30-03-2023, 22:20

Kanada mətbuatı Ermənistanda yəhudilərin acınacaqlı vəziyyətindən yazıb

Siyasət

13-08-2022, 12:41

Ermənistan üçün hekayənin SONU - Xankəndinə YOL AÇILIR

Siyasət

20-09-2022, 20:07

Azərbaycan respublikasının prezidenti Cənab İlham Əliyevin dediyi kimi “Dəmir yumruq” yerindədir.

Siyasət

23-07-2022, 12:04

Azərbaycan Zəngəzurun statusu məsələsini QALDIRA BİLƏR

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Dünən, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Dünən, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Dünən, 13:10
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Dünən, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Dünən, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Dünən, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Dünən, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Dünən, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Dünən, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Dünən, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • 7-11-2026, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • 7-11-2026, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • 7-11-2026, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • 7-11-2026, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • 7-11-2026, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-11-2026, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • 7-11-2026, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • 7-11-2026, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • 7-11-2026, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • 7-11-2026, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • 7-11-2026, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • 7-11-2026, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • 7-11-2026, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • 7-11-2026, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • 7-11-2026, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • 7-11-2026, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • 7-11-2026, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • 7-11-2026, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • 7-11-2026, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • 7-11-2026, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • 7-11-2026, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə