Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyadan Bakı və İrəvana ÇAĞIRIŞ -

14.09.2023 18:09 337 1 dəq oxunur
Rusiyadan Bakı və İrəvana ÇAĞIRIŞ -
Moskva Qarabağda davam edən gərginlikdən narahatdır, Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.

BakuNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Əlbəttə, biz bəzi sahələrdə gərginliyin səngiməməsindən və hətta artmağa meylli olmasından narahatıq. Hər şeyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Və təbii ki, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”, - o,Qarabağda artan gərginliklə bağlı sualı cavablandırarkən deyib.


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az