Sizin reklam burada 728×90
Son dəqiqə

"Putin uzun sürən müharibəni uduzacaq" - Zelenski

11.09.2023 12:18 600 1 dəq oxunur
"Putin uzun sürən müharibəni uduzacaq" - Zelenski
"Rusiya prezidenti Vladimir Putin uzun sürən müharibəni uduzacaq".

BakuNews.az xəbər verir ki, Bunu Ukrayna prezidenti VOLOdimir Zelenski "The Economist"ə müsahibəsində deyib. Zelenski qeyd edib ki, Ukraynanı tez bir zamanda fəth edə bilməyən Putin Ukraynanı qeyri-funksional, kimsəsiz, qaçqınları Avropada problemlər yaradan dövlətə çevirməyə çalışır: "Putin başa düşmür ki, uzun müharibədə uduzacaq. Çünki rusların 60%-nin, yoxsa 70%-nin onu dəstəkləməsinin fərqi yoxdur. Onun iqtisadiyyatı iflasa uğrayacaq. Ukrayna Rusiya daxilində zərbələri artırdıqca, ruslar öz ordusunun onları qoruya bilməməsi ilə bağlı narahat suallar verməyə başlayacaq".

Zelenski uzun müharibə haqqında düşünmək istəmədiyini, lakin buna hazırlaşdığını vurğulayıb: "Mən hazır olmalıyam, komandam uzun müharibəyə hazır olmalıdır, emosional olaraq da hazıram".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az