Sizin reklam burada 728×90
Son dəqiqə

Zelenski Putini lağa qoydu

24.06.2023 19:21 1 570 1 dəq oxunur
Zelenski Putini lağa qoydu
"Xalqı aşağılayan və yüz minlərlə insanı müharibəyə göndərən Putin Moskva vilayətində öz silahı ilə mühasirədədir. Şər yolunu seçən hər kəs özünü məhv edər".

BakuNews.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə hesabında yazıb.
“Rusiya öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edib. İndi isə artıq o qədər xaos var ki, heç bir yalan gizlədilə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər xaos, ağrı və problemlər yaranacaq. Bu da göz qabağındadır”, - deyə o qeyd edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az