Sizin reklam burada 728×90
Son dəqiqə

Zelenski Rusiyanın nüvə hədələrinə cavab verdi

09.07.2023 23:46 630 1 dəq oxunur
Zelenski Rusiyanın nüvə hədələrinə cavab verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalını şərh edib.

Bakunews.az sfera.az-a istinadən xəbər verir ki, o, Putinin nüvə silahına əl atacağına inanmadığını deyib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye atom elektrik stansiyasını minalaya biləcəyini düşünür.

Qeyd edək ki, ötən ilin sentyabrında da Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalına inanmadığını bildirmişdi.

Xatırladaq ki, bir müddət öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna və Şərqi Avropadakı nüvə obyektlərini atəşə tutmağa çağırıb.

www.BakuNews.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə whatsapp:+994 70 402 02 85

BakuNews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az