Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir

05.09.2023 19:05 444 1 dəq oxunur
Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.

“Report”un əldə etdiyi məlumata görə, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə nazirlərin ikinci iclasında iştirak edəcək.

Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az