Sizin reklam burada 728×90
Son dəqiqə

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

25.03.2023 01:32 569 1 dəq oxunur
Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü
Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

Türkiyənin Yenidən Rifah Partiyası Cümhur İttifaqına daxil olmaq qərarına gəlib.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı partiya sədri Fatih Erbakan açıqlama verib.

Erbakan seçkilərdə Cümhur İttifaqından namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib. Həmçinin seçimlərə AK Partiya siyahılarından qatılacaqlarını qeyd edib.

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini də geri götürdüyünü bildirib.
"Prezidentin özü ilə razılıq əldə olunub.

Gələn həftənin çərşənbə axşamı və ya çərşənbə günü prezidentimiz qərargahımızı ziyarət edəcək. Biz də prezidentliyə namizədlik prosesimizi yekunlaşdırdıq”, - deyə o qeyd edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az