• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kanada mətbuatı Azərbaycan və İranda qadın hüquqlarını müqayisə edib

Dünya

10-03-2023, 20:16

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Azərbaycan qadınlarının vəziyyəti İran qadınlarının acınacaqlı vəziyyətini işıq illəri ilə qabaqlayır” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, İranda 8 Mart - Beynəlxalq Qadınlar Gününə alternativ olaraq İslam peyğəmbərinin qızı Fatimənin doğum gününə təsadüf edən yanvarın 13-nü qeyd edirlər. Belə ki, Tehran mollalarının nəzərində dindar və itaətkar qadın bütün qadınlara örnək olmalıdır. Bununla belə, İslam tarixində özünəməxsus yeri olan şəxs kimi Fatimənin də ehtiramla yad edildiyi Azərbaycanda 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi uzunmüddətli ənənədir. Çünki Azərbaycan qadın hüquqlarına gəldikdə İranı işıq illəri ilə qabaqlayır.

Eyni zamanda qeyd olunub ki, İran İslam Respublikasında 22 yaşlı Məhsa Əmini və saysız-hesabsız digər qızların hicabı düzgün geyinmədikləri üçün öldürülməsi bu ölkədə kütləvi etiraz hərəkatına səbəb olduğu halda, Azərbaycanda qadınlar geyim seçimində tam sərbəstdirlər. Habelə İran parlamentinin cəmi altı faizinin qadınlardan ibarət olması sözügedən ölkənin siyasi gələcəyində qadınları söz sahibi olmaqdan məhrum etdiyi halda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Azərbaycan Milli Məclisinin sədri zərif cinsin nümayəndələridir. Ümumilikdə, Azərbaycan parlamentinin 18%-ni qadınlar təşkil edir ki, bu rəqəm qonşu İranla müqayisədə üc dəfə böyükdür.

Məqalədə diqqətə çatdırılıb ki, keçən ilin dekabrında İran BMT-nin Qadınlar Komissiyasından 29 səs çoxluğu ilə kənarlaşdırılıb. Bu, BMT-nin 10-14 yaş arası qızların nikaha daxil olması, məişət zorakılığından zəif qorunma və qadınlar üçün hüquqi muxtariyyətin olmaması səbəbindən iranlı qadın və qızlara "ikinci dərəcəli vətəndaş kimi" münasibət göstərildiyinin qeyd olunduğu hesabatın dərc olunmasından sonra baş verib.

Qeyd olunub ki, çoxarvadlılığın, habelə sərbəst hərəkət, nikah və mülkiyyət hüquqlarında qadınlara münasibətdə diskriminasiyanın qanuniləşdirildiyi İrandan fərqli olaraq, Azərbaycanda poliqamiya qanunla qadağan edilib, sözügedən digər məsələlərdə ölkəmizdə zərif cinsin nümayəndələri 1918-ci ildən etibarən kişilərlə bərabər hüquqlardan faydalanırlar. Müəllif bu mənada Azərbaycanın qadın hüquqları baxımından İranı işıq illəri ilə qabaqladığını bir daha vurğulayıb.

Məqalənin sonunda İran qadınlarının Tehrandakı molla rejiminin zülmündən qurtulacağına ümid bəslədiyini bildirən israilli politoloq Cənubi Azərbaycanın istiqlala qovuşacağına və bu qəddar, barbar rejimin insanlığa qarşı törətdiyi cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verəcəyinə dərin inamını ifadə edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2023/03/09/the-plight-of-azerbaijani-women-light-years-ahead-of-iranian-women/

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

30-03-2023, 22:20

Kanada mətbuatı Ermənistanda yəhudilərin acınacaqlı vəziyyətindən yazıb

Siyasət / Dünya

24-01-2023, 21:41

Kanada mətbuatı Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Bakı/Şuşa Forumundan yazıb

Dünya

24-02-2023, 20:09

Kanada mətbuatı Qərbi Azərbaycandan yazıb

Gündəm / Siyasət

14-12-2022, 19:13

Kanada mətbuatı Makronun Azərbaycana qərəzli münasibətindən yazıb

Ölkə

9-05-2023, 18:43

Kanada mətbuatı Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin zəruriliyindən yazıb

Dünya

12-05-2023, 20:53

Kanada mətbuatı: Azərbaycanlı gənci azadlıqdan məhrum edən Ermənistana ar olsun!

Dünya

11-04-2023, 20:16

İsrail mətbuatı Güney azərbaycanlı qadınların acınacaqlı vəziyyətindən yazıb

Siyasət

13-02-2023, 23:53

ABŞ mətbuatı Azərbaycan diasporunun Türkiyəyə yardımından yazıb

Dünya

3-03-2023, 00:38

ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

Dünya

4-04-2023, 21:42

ABŞ mətbuatı Güney azərbaycanlıların Brüssel aksiyasından yazıb

Dünya

31-03-2023, 21:46

İsrail mətbuatı İranın bölgədə artan təcavüzündən yazıb

Siyasət / Dünya

13-03-2023, 23:20

ABŞ mətbuatında Qərbi Azərbaycan qaçqınlarının taleyindən bəhs edilib

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Bu gün, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Bu gün, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Bu gün, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Bu gün, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Bu gün, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Bu gün, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Dünən, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə