Sizin reklam burada 728×90
Son dəqiqə

KİV: İran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır

20.06.2025 18:15 238 1 dəq oxunur
KİV: İran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır
İran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır.

Bu barədə yüksək vəzifəli İran rəsmisi “Reuters” agentliyinə bildirib.

"Uranın zənginləşdirilməsindən tam imtina variantı ("sıfır zənginləşdirmə") xüsusilə indi, İsrailin zərbələri altında qəti şəkildə rədd ediləcək. Lakin biz Böyük Britaniya, Almaniya və Fransanın nüvə problemi ilə bağlı təşəbbüsünün nədən ibarət olduğunu eşitməliyik", - mənbə qeyd edib.

O əlavə edib ki, Avropa fövqəldövlətlərinin rolu daha əhəmiyyətli olub, çünki Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətində deyil.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az