Sizin reklam burada 728×90
Son dəqiqə

Şolts: Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməsinin qarşısını almaq lazımdır

24.01.2025 19:28 328 1 dəq oxunur
Şolts: Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməsinin qarşısını almaq lazımdır
Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməsinin qarşısını almaq lazımdır.

Bunu Almaniya kansleri Olaf Şolts Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu müharibə ilə on illərdir sahib olduğumuz və Avropada sülhü, sabitliyi təmin edən razılaşma pozulub: "Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik. Eyni zamanda, müharibənin genişlənməməsinə diqqət edirik. Bunun üçün bütün diplomatik imkanlardan istifadəyə səy göstərilir".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, 2025-ci ildə savaşa son qoymaq üçün mümkün olan hər şeyi edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az