Sizin reklam burada 728×90
Son dəqiqə

“Hizbullah” liderinin öldüyü təsdiqləndi

28.09.2024 15:11 365 1 dəq oxunur
“Hizbullah” liderinin öldüyü təsdiqləndi
“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib.

Bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, - məlumatda deyilir.

Qeyd edək ki, “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində ölüb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az