Sizin reklam burada 728×90
Son dəqiqə

Zelenski Estoniyada səfərdədir

11.01.2024 11:11 328 1 dəq oxunur
Zelenski Estoniyada səfərdədir
Zelenski Estoniyada səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski Estoniyaya gedib.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsakhna "X" hesabında bildirib.

"Biz Ukraynaya güclü mesaj verir və təsdiqləyirik ki, Estoniya qətiyyətlə onların yanında dayanır və biz birlikdə bu müharibədə qalib gələcəyik!" - Estoniya XİN rəhbəri paylaşımında qeyd edib.

Xatırladaq ki, yanvarın 10-dan Ukrayna Prezidentinin Baltikyanı ölkələrə səfəri başlayıb, dünən o, Vilnüsdə olub. Bu gün isə Tallində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az