Sizin reklam burada 728×90
Son dəqiqə

"İrəvanla müttəfiqlik əlaqələri bu gün sınaqdan keçirilir" - Lavrov

16.12.2023 09:43 649 1 dəq oxunur
"İrəvanla müttəfiqlik əlaqələri bu gün sınaqdan keçirilir" - Lavrov
Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri bu gün sınaqdan keçirilir, Qərb qardaş xalqlar arasında münasibətləri sındırmağa çalışır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Moskvada keçirilən “Rusiya-Ermənistan” birinci ictimai forumu birləşdirici gündəliyin axtarışına şərait yaratmaq, həmçinin Ermənistan və Rusiyada ictimai rəyi formalaşdıran yeni simaların meydana çıxmasına töhfə vermək məqsədi daşıyır.

Nazir müzakirələr nəticəsində praktiki tövsiyələrin hazırlanacağına və faydalı əlaqələr yaradılacağına əmin olduğunu bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az