Sizin reklam burada 728×90
Son dəqiqə

Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək

11.12.2023 10:19 411 1 dəq oxunur
Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir. Tərəflər həm uzunmüddətli atəşkəs məsələsini, həm də Qəzzanın müharibədən sonrakı statusunu müzakirə edəcəklər”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Ərdoğan bir neçə gün öncə verdiyi açıqlamasında Qəzza zolağında baş verən hadisələrlə bağlı ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq planının olmadığını demişdi.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az