• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rüşvət, süründürməçilik və elektron sistemdən gözlənti: Diqqət bağçalara

Cəmiyyət

17-08-2023, 11:29

İyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə (bağça) uşaqların qəbulu başlayıb. Sentyabrın 1-nə qədər davam edəcək prosesi Elm və Təhsil Nazirliyi (ETN) həyata keçirəcək.

Nazirliyin açıqlamasında bildirilir ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn və ya qanuni nümayəndə 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Son dövrlər bağçalarla bağlı bir çox dəyişikliklər həyata keçirilsə də, heç biri özünü doğrultmayıb. İllər əvvəl Nazirliyin balansında olan uşaq bağçaları sonradan yerli icra hakimiyyətlərinin tabeliyinə verilsə də, ötən il yenidən ETN-ə qaytarılıb.

Əksər valideynlər iddia edirlər ki, uşaq bağçalarına qəbul prosesi zamanı neqativ hallar yaşanmaqdadır. Yalnız aidiyyəti üzrə uşaq bağçasının müdiriyyəti ilə anlaşdıqdan sonra, daha konkret desək, rüşvət qarşılığında uşaqları yaxınlıqda yerləşən bağçalara yerləşdirmək mümkündür. Alınan rüşvət qarşılığında bağça müdirləri 20 uşaq tutumlu qruplara 40-45 uşaq yığırlar. Əks halda, bağçada yer olmadığı bildirilir və uşağı bağçaya götürməkdən imtina edirlər.

Elektron qəbul sistemi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı yaşanan neqativ halların qarşısını alacaqmı? Yoxsa yenə valideynlər övladlarını yaxınlıqdakı bağçaya yerləşdirmək üçün əllərini cibinə atmalı olacaqlar?

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov AYNA-ya açıqlamasında deyib ki, uşaq bağçalarının sayı bağçayaşlı uşaqların sayı ilə uyğun gəlmir: “Əsas problem də məhz bundan qaynaqlanır. Bu gün Azərbaycanda təxminən 1700 uşaq bağçası və körpələr evi var ki, onların da təqribən 20 faizi Bakıda yerləşir. Ölkə üzrə bağçaların tutumu 130 minə yaxındır. Baxçayaşlı uşaqların sayı isə 800 mindir. Yəni, beş dəfədən də artıq fərq mövcuddur”. Ələlxüsus da, Abşeron rayonunda uşaqların bağçaya yerləşdirilməsində ciddi problemlər var. Bunun da əsas səbəbi Abşeron rayonunun inzibati ərazisinə daxil olan qəsəbələrdə yaşayışın çoxalmasıdır”.

“Elektron sistemin effektiv olmayacağı barədə müəyyən mülahizələr irəli sürülsə də, hesab edirəm ki, ən optimal və düzgün yol budur. Bu, qəbul zamanı rüşvətin qarşısını tam almasa da, azalmasına, kütləvi xarakter almasının qarşısını almağa xidmət edir. Hansı ki, buna qədər rüşvət vermədən uşaqların bağçalara qəbuluna nail olmaq faktiki olaraq mümkün deyildi”, - deyə həmsöhbətimiz bildirib.

Əsədovun sözlərinə görə, dövlət özəl uşaq bağçalarının inkişafına təkan verməlidir: “Dünyanın müxtəlif dövlətlərində, qardaş Türkiyədə də bu təcrübədən istifadə olunur və kifayət qədər müsbət nəticələri var. Özəl bağçalar şəbəkəsinin genişlənməsi, onlara vergi güzəştlərinin tətbiq olunması, xərclərin bir hissəsinin hökumət tərəfindən qarşılanması çıxış yolu ola bilər. Bunun əvəzində dövlət özəl bağçalardan qiymətləri minimuma endirməyi tələb edir. Yəni, kimsə dövlətin dəstəyindən və güzəştlərindən yararlanırsa, qiymət siyasətinin əlçatan olması onun qarşısına şərt kimi qoyulur. Bununla məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına nail ola bilərik”.
BakuNews.az-ın məlumatına görə, “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də AYNA-ya şərhində söyləyib ki, elekton qəbul prosesi bu sahədə olan nöqsanları aradan qaldıracaq: “Açıq şəkildə söyləmək olar ki, məktəbəqədər təhsil müəssisələrinin müvafiq icra hakimiyyətlərinin balansına verilməsi effektiv olmadı. Bir çox hallarda bağça müdirləri boş yerlərin sayını valideynlərdən gizlədir və yalnız müəyyən maraqlar qarşılığında uşaqları bağçaya qəbul edirdilər. Bununla bağlı aparılan araşdırmalar zamanı ciddi faktlar ortaya çıxdı. Yüzlərlə bağça müdiri vəzifəsindən azad edildi”.

“Bundan öncə Təhsil Nazirliyinin tabeliyində olduğu dövrlərdə də bağçalara qəbul zamanı neqativ hallar yaşanırdı. Problemdən yeganə çıxış yolu elektron sistemin tətbiqiydi. Düzdür, elektron sistemin tətbiqindən sonra da müəyyən neqativ hallar mövcud olacaq. Bu, istisna edilmir. Lakin əsas məsələ odur ki, kütləvi xarakter almayacaq. Elektronlaşma birbaşa təması aradan qaldırır, korrupsiya imkanlarını məhdudlaşdırır, prosesə daha da şəffaflıq verir, eyni zamanda hesabatlılığın təmin olunmasına yeni imkanlar yaradır”, - deyə müsahibimiz vurğulayıb.

Nuriyev hesab edir ki, təkcə qəbul deyil, bağçaların fəaliyyəti də diqqət mərkəzində olmalıdır: “Bağçaların inkişafı, özəl bağçalar şəbəkəsinin genişlənməsi, dövlət dəstəyi, qiymət əlçatanlığı, tədris səviyyəsi, məktəbə hazırlıq prosesi, xidmət səviyyəsi, sağlam qidalardan istifadə və digər məqamlar da önəmlidir. Xüsusən peşəkar kadr hazırlığı, uşaqlara qulluq edən müəllim və tərbiyəçilərin psixoloji vəziyyəti də dərindən təhlil olunmalıdır. Bu sahədə olan beynəlxalq təcrübə Azərbaycanda da tətbiq edilməlidir”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-08-2023, 14:59

Bu gündən bağçalara qəbulla bağlı növbə yaradılır

Təhsil

19-07-2022, 17:09

Övladını bağçaya göndərəcək valideynlərin nəzərinə - 14 sentyabradək...

Cəmiyyət / Olay

3-08-2023, 15:30

Bağça sayı az, problem çox: Elektron qəbul niyə qəlizdir?

Cəmiyyət

31-07-2023, 11:29

Bağçalara direktor vəzifəsinə elektron sənəd qəbulu başlayır

Təhsil

4-08-2022, 15:47

Lisey və gimnaziyalara sənəd qəbulu başlayıb

Təhsil

28-06-2022, 20:50

Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı qaydasını dəyişdi

Təhsil

2-09-2022, 17:40

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Təhsil

1-08-2022, 19:26

Sabahdan bağçalara işə qəbul müsabiqəsi başlayır

Təhsil

9-08-2022, 11:29

Bağçalarda işləmək üçün sənəd qəbulu başa çatıb

Gündəm / Olay

6-07-2023, 17:22

Bu boyda özbaşınalığı görmürlər?

Təhsil

29-08-2022, 09:56

Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək

Təhsil

2-08-2022, 14:10

Bağçalarda işə qəbul BAŞLAYIR

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Bu gün, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Bu gün, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Dünən, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • 6-11-2026, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • 6-11-2026, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • 6-11-2026, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • 6-11-2026, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə