• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qubadlıda minaya düşüb ölən it minlərlə kvadrat metr ərazinin təmizlənməsində iştirak edib - FOTO

Cəmiyyət / Bölgə

31-08-2022, 18:10

“Qubadlıda minaaxtarma prosesi zamanı minaaxtaran it “Dina” bilinməyən səbəbdən yolunu dəyişib. İtin ani bir istiqamətə dönməsi zamanı mina partlayıb və it ölüb”.


Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov bakunews.az oxu.az-a istinaden Onun sözlərinə görə, “Dina” bilinməyən səbəbdən yolunu dəyişib:

“İtin ani bir istiqamətə dönməsi zamanı hadisə baş verib. İt təxminən 8-10 metrlik bir məsafəyə gedib qayıdan vaxt bu hal olub. Səbəbə gəlincə, məsələn, anidən siçan qaça bilər onu biz görməyə bilərik, amma it məsafədən onu hiss edir və yaxud da küləyin istiqamətinin ani dəyişməsi nəticəsində mina qoxusu hiss oluna və it çönə bilər. Yəni bu, mütəxəssis olaraq bizim fikrimizdir”.
Qeyd olunub ki, “Dina” 3 ayından xüsusi oyun meydançasında təlimlər keçib. 18 ayından sonra isə müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnib. Akkreditasiyadan keçdikdən sonra bələdçisi ilə sahə əməliyyatlarına cəlb olunub. “Dina” yanvar ayından öldüyü günə kimi olan müddətdə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında 191, 927 kvadrat metr ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsində iştirak edib.

Bildirilib ki, minatəmizləmə əməliyyatlarında əsasən alman çoban iti və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur. MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur:

“Dina” və onun həmcinslərinin hər biri gün ərzində 4-6 saat arasında aktiv işə sərf edildiyi zaman relyefdən, gündəlik özünü aparmasından asılı olaraq 600-700 kvadrat metrdən 2000 kvadrat metrədək ərazini minalardan təmizləyir. Nəzərə alsaq ki, bir əraziyə 10 mina təmizləyən it cəlb olunub, onların bir ay ərzində nə qədər böyük iş gördüyünü bilmək olar”.

A. Hüseynov, “Dina”nın ölümündən məyus olduqlarını bildirib:

“Dina” bizim ən sədaqətli dostumuza, gündəlik yoldaşımıza çevrilmişdi. Hər kəs, qrupun üzvləri məyusdur. Bu, bir tərəfdən də qürurvericidir. “Dina” insan həyatını qurtardı”.

Qeyd edək ki, ötən gün “Dina” adlı minatəmizləyən it Qubadlıda minaya düşərək ölüb. Onun bələdçisi ANAMA-nın əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov yüngül dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:











Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

3-08-2022, 15:08

Fransa Azərbaycana 130 minaaxtaran detektor hədiyyə edib

Bölgə

1-08-2022, 16:17

ANAMA: Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb

Cəmiyyət

22-08-2022, 15:12

Azad edilən ərazilərdə daha 379 mina aşkarlandı

Hadisə

2-08-2022, 12:00

Füzulidə minatəmizləmə şirkətinin 3 əməkdaşı minaya düşüb, birinin ayağı amputasiya olunub

Hadisə

8-08-2022, 14:20

Azad edilən ərazilərdə daha 236 mina aşkarlanıb

Hadisə

15-08-2022, 13:36

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb

Dünya

15-08-2022, 19:03

Qadın məmur aylarla keçmiş ərindən gizlənsə də...

Hadisə

2-08-2022, 19:10

İndiyədək Qarabağ və Zəngəzurda neçə hərbçi minaya düşüb?

İqtisadiyyat

13-07-2022, 13:00

Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İqtisadiyyat

14-07-2022, 17:10

“Azərsun"un maşını Cəbrayılda tank əleyhinə minaya düşüb, sürücü xəsarət alıb

Ölkə

5-04-2023, 19:44

Prezident İlham Əliyev sosial şəbəkələrdəki hesablarında paylaşım edib

---

6-08-2022, 21:30

“Respublikanski”də faciəvi hadisə - 33 yaşlı kişi əməliyyat vaxtı öldü

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • Dünən, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • Dünən, 18:15
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • Dünən, 18:08
    Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO
  • Dünən, 17:46
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • Dünən, 17:41
    Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO
  • Dünən, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Dünən, 17:16
    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO
  • Dünən, 16:55
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • Dünən, 16:25
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • Dünən, 16:04
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Dünən, 15:48
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
  • Dünən, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Dünən, 15:20
    AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?
  • Dünən, 14:54
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Dünən, 14:38
    Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
  • Dünən, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Dünən, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Dünən, 12:54
    “Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu
  • Dünən, 12:28
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Dünən, 12:15
    Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO
  • Dünən, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Dünən, 11:34
    Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
  • Dünən, 11:14
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Dünən, 10:58
    Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
  • Dünən, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Dünən, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Dünən, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Dünən, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • 4-11-2026, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • 4-11-2026, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • 4-11-2026, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • 4-11-2026, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə