Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Ordusu Xankəndinə niyə girməyib? - Hikmət Hacıyev açıqladı

27.08.2022 13:23 592 1 dəq oxunur
Azərbaycan Ordusu Xankəndinə niyə girməyib? - Hikmət Hacıyev açıqladı
"Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

Hikmət Hacıyev bildirib ki, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil: "Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik”.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az