Sizin reklam burada 728×90
Son dəqiqə

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

24.08.2022 19:29 1 265 1 dəq oxunur
Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifədən azad edilib.

bakunews.az-nun qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə, idarənin rəis vəzifəsinin icrası Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidova həvalə edilib.

Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib. O, sabiq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

Xaırladaq ki, bu barədə ilk məlumatı bakunews.az gununsesi.info-ya istinadən yayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az